Əsaslı və cari təmiri - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Quyuların əsaslı və cari təmiri

Fəaliyyət  istiqamətləri:
·         Mədənlərdə mövcud istismar quyular fondunun cari vəziyyətinə nəzarət və ondan istifadənin səmərəliliyinin artırılması;
·         Dayanma səbəblərindən asılı olaraq quyuların fəaliyyətsizlikdən istismara qaytarılması məqsədilə texniki-texnoloji tədbirlər kompleksinin işlənilməsi;
·         Təmirlərin səmərəliliyinin artırılması məqsədilə texnoloji tədbirlərin işlənməsi və tətbiqi;
·         Qəza vəziyyətinə düşən quyularda “pəncərənin” açılması ilə ikinci lülənin qazılması texnologiyasının işlənməsi;
·         Qum tıxaclarının səmərəli təmizlənməsi və yuyulmasının texnoloji sxemlərinin və qurğuların işlənməsi;
·         Yeraltı təmirlərin səmərəliliyinin artırılması məqsədilə istifadə edilən avadanlıq və mexanizmlərin yeni modifikasiyasının işlənməsi;
·         Kompüter texnologiyalarının tətbiqi ilə yeraltı təmirlərin texnoloji proseslərinin modelləşdirilməsi;
·         İntellektual sistemlərin tətbiqi ilə yeraltı təmirlərin optimal planlaşdırılması.
Görülən işlər:
·         İstismar kəmərinin 5500 m dərinliyində  “pəncərə”-nin açılması texnologiyası;
·         İstismar kəmərində “pəncərə” açma texnologiyası üçün müxtəlif konstruksiyalı və ölçülü mərkəzləşdirici və istiqamətləndirici rayberlər, yastı yanavericilər və əyrilik ölçən cihazlar işlənmişdir;
·         Yeraltı təmirlərin səmərəliliyinin artırılması məqsədilə təkmilləşdirilmiş kanat asqısı, revers mexanizmi, hidrozərbə qurğusu işlənmişdir;
·         Quyularda yaranmış bərk çöküntüləri və qum tıxacını yumaq və təmizləmək üçün “AzNQSDETLİ-89” qurğusu işlənmişdir;
·         Quyularda baş vermiş qəzaların ləğvi üçün müxtəlif tip avadanlıq, qurğu və alətlər işlənmişdir;
·         Qeyri bircins laylarda suların selektiv təcrid olunması texnologiyası;
·         İstismar kəmərinin kipliyini bərpa etmək məqsədilə yeni tampon materialları işlənmişdir;
·         Kəmərlərdə defektlərin aradan qaldırılması və zədələnmiş hissələrin dəyişdirilməsi texnologiyası;
·         Qum tıxacı ləğvi üçün porşenli və avtomat jelonkaların xüsusi konstruksiyası;
·         Qum tıxacının kombinə edilmiş üsul ilə yuyulması üçün xüsusi yuyucu tərtibat;
·         Sıxılmış hava, aerasiya olunmuş maye, səthi-aktiv maddə məhlulları və köpüklərlə quyuların təmizlənməsi texnologiyası;
·         Lay təzyiqi az olan quyularda qum tıxacının səmərəli təmizlənməsini təmin edən avadanlığın işlənməsi və tətbiqi;
·         Quyularda qəza vəziyyətinin analizi və ikinci lülənin açılması üçün texniki-texnoloji təkliflərin işlənməsi;
·         İstismar quyularının texnoloji iş rejimini tənzimləməklə təmirlərarası müddətin artırılması tədbirlərinin işlənməsi.
 
Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön