Hidrogeologiya və hidrokimya
Fəaliyyət
istiqamətləri:
·
Lay, səmt və başqa mənbələrdən götürülmüş su nümunələrinin
fiziki xassələrinin və kimyəvi tərkiblərinin təyini;
·
Neftqazkondensat yataqlarının əmələgəlmə şəraitlərinin
hidrogeologiyası və öyrənilməsi;
·
Neftqaz axtarış-kəşfiyyat hidrogeologiyası;
·
Neftqazmədən hidrogeologiyası;
·
Regional
geoloji və hidrogeoloji tədqiqatlar;
·
Neft və
qaz yataqlarının hidrogeoloji modelləşdirilməsi;
·
Neftqazkondensat
yataqlarının təbii resurslarının kompleks istifadəsinin effektivliyinin
artırılması.
Görülən işlər:
·
Azərbaycanın neftqazkondensat yataqlarının, axtarış-kəşfiyyat
sahələrinin və b. mənbələrinin sularının fiziki xassələri və kimyəvi tərkibləri
öyrənilmişdir;
·
Suların fiziki xassələrinin və kimyəvi tərkiblərinin öyrənilməsi
təkmilləşdirilmişdir;
·
Kür-Cənubi Xəzər meqaçökəkliyinin Mezozoy-Kaynozoy eratemlərində
təzyiqli su kompleksləri – geohidrodinamik sistemlər ayrılmış və
təsnifatları verilmişdir;
·
Kür-Cənubi Xəzər meqaçökəkliyinin geotemperatur şəraiti
öyrənilmiş, temperaturun dərinlikdən asılı olaraq dəyişməsinin reqressiya
tənlikləri təyin edilmiş, fundamentin yatma dərinliyinin temperaturun
paylanmasına təsiri öyrənilmiş və geoloji kəsilişdə neftin, qazın əmələ
gəlməsi və yataqların formalaşması zonaları müəyyən edilmişdir;
·
Neftqazkondensat yataqlarının axtarış və kəşfiyyatının
səmərəsinin artırılması üçün ayrı-ayrı neftli-qazlı rayonlarda mühüm
əhəmiyyət kəsb edən hidrogeoloji kriteriyaların seçilməsi, əsaslandırılması,
kompleksləşdirilməsi metodu işlənib hazırlanmış və neftqaz yataqlarının
hidrogeoloji modelləşdirilməsi həyata keçirilmişdir;
·
2002-ci ildə ARDNŞ-in «Geofizika və mühəndis geologiyası»
İstehsalat Birliyi və «Azərbaycan Milli Geofizika komitəsi» ilə birlikdə
«Azərbaycanın neftli-qazlı ərazilərinin tektonik rayonlaşdırılması
xəritəsi» 1:500000 miqyasında rus və azərbaycan dillərində Bakı Kartoqrafiya
fabrikində çap olunmuşdur;
·
2003-cü ildə ARDNŞ-in «Geofizika və mühəndis geologiyası»
İstehsalat Birliyi və «Azərbaycan Milli Geofizika komitəsi» ilə birlikdə
«Azərbaycanın neftqazgeoloji rayonlaşdırma və neftlilik-qazlılıq perspektivi
xəritəsi» 1:500000 miqyasında rus və azərbaycan dillərində Bakı
Kartoqrafiya fabrikində çap olunmuşdur;
·
Neftqazkondensat yataqlarında əlavə təbii sərvətlər aşkar
edilmiş və onların əldə edilməsi ilə yataqların işlənməsinin səmərəsinin
artırılması və resurslardan daha mükəmməl istifadə edilməsinin zəruri olduğu
isbat edilmişdir;
·
2008-ci ildə ARDNŞ-in «Geofizika və mühəndis geologiyası»
İdarəsi ilə birlikdə «Azərbaycanın neftqaz yataqlarının
sorğu-məlumat kitabı» 2 cilddə monoqrafiya kimi nəşrə hazırlanmışdır;