Layların və quyuların hidrotermodinamiki tədqiqi
Fəaliyyət istiqamətləri
· Lay flüidlərinin tədqiqinin neft hasilatının tələblərinə uyğunlaşdırılması və ümumiliklə neft-qaz yataqlarının səmərəli işlənməsinə tabe olması;
· Layların və quyuların hidrotermodinamiki tədqiqinin aparılması üçün yeni cihazların layihələndirilərək sənaye serialında buraxılması;
Görülən işlər:
· Lay neftlərinin yüksək təzyiqdə və temperaturda tədqiqi üçün «UİPN-AzNSETLİ» laboratoriya qurqusunun təcrübə nümunəsi hazırlanmış və sınaqdan keçirilmişdir və onun işçi cizqiləri Buqulma şəhərində yerləşən «Neftavtomatika» zavoduna verilmişdir;
· UD-1 tipli quyuağzı kiçik qabaritli debitölçən qurğusu hazırlanmışdır;
· Quyuların, lay neftlərinin və təbii (səmt) qazların kompleks tədqiqatlarının nəticəsində alınan məlumatların kompüter proqramlaşdırılması işləri aparılıb:
o Lay neftlərinin nəticələrinin hesablanması üçün «PVT» kompüter proqramı.
o Alınan məlumatların saxlanılma və istifadəsi «BANK» kompüter proqramı.
o Təbii qazların komponent tərkibinin təyini «XROMATOQRAFİYA» kompüter proqramı.
o Lay neftlərinin məlum olmayan xassələrinin, yaradılmış informasiya bankının əsasında, «PROQNOZ» kompüter proqramı vasitəsi ilə proqnozlaşdırılması.
o Dərinlik manometrlərin dərəcələnməsi üçün «TARİROVKA» kompüter proqramı.