Korroziyadan mühafizə
Fəaliyyət istiqamətləri:
·
Dəniz şəraitində metalların korroziyasının tədqiqi;
·
Hidrotexniki qurğuların, sualtı və torpaqaltı boru kəmərlərinin
və digər kommunikasiyaların korroziyadan və mikrobioloji yeyilmələrdən
mühafizəsi:
o lak-boya
örtükləri ilə mühafizə;
o ingibitorlarla
mühafizə;
o mikrobioloji
mühafizə;
o elektrokimyəvi
mühafizə.
Görülən işlər:
·
Müxtəlif növ poladların korroziyasının tədqiqi;
·
Hidrotexniki qurğuların, sualtı, torpaqaltı və yerüstü
kommunikasiyaların korroziyadan və mikrobioloji yeyilmələrdən mühafizəsi
üçün tədbirlərin işlənilməsi;
·
Neftqazmədən avadanlıqlarının korroziyadan və mikrobioloji
yeyilmələrdən mühafizəsi üçün kompleks təsirli reagentlərin işlənilməsi;
·
Neftqazmədən nasos-kompressor borularının yiv birləşmələrinin
korroziyadan mühafizəsini və hermetikliyini təmin edən plastik kompozisiyaların
işlənilməsi;
·
Hidrotexniki qurğuların. Sualtı və torpaqaltı kommunikasiyaların
korroziyadan elektrokimyəvi mühafizəsi üçün istifadə edilən qalvanik anodların
kimyəvi tərkibinin və konstruksiyalarının işlənilməsi;
·
Hidrotexniki qurğuların, sualtı və torpaqaltı, yerüstü magistral
boru kəmərlərin, rezervuarların korroziyaya uğrama vəziyyətinin monitorinqinin
aparılması və onların texniki vəziyyətlərinin qiymətləndirilməsi;
·
Hidrotexniki qurğuların, sualtı, torpaqaltı və yerüstü boru
kəmərlərinin, rezervuarların kommunikasiyaların korroziyadan mühafizə işlərinin
layihələndirilməsi və s.