Lay sistemləri - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
Lay sistemlərinin modelləşdirilməsi

Fəaliyyət  istiqamətləri:
·         Yataqların məlumatlar bazasının yaradılması;
·         İşlənmənin cari vəziyyətinin təhlili;
·         Karotaj diaqramlarının rəqəmləşdirilməsi;
·         Karotaj diaqramlarının korrelyasiyası və interpretasiyası;
·         Yataqların geoloji modelinin qurulması;
·         Yataqların hidrodinamik modelinin qurulması və ehtiyatların qiymətləndirilməsi;
·         İşlənmə layihələrinin hazırlanması;
·         İşlənmə göstəricilərinin proqnozlaşdırılması;
·         Qalıq ehtiyatların yerinin və miqdarının təyini, yeni quyuların layihələndirilməsi;
·         Laylara müxtəlif təsir üsullarının modelləşdirilməsi;
·         Quyuların modelləşdirilməsi və istismar göstəricilərinin proqnozlaşdırılması.
Görülən işlər:
·         “Lökbatan–Buta–Quşxana”, “Sanqaçal–Duvannı–Xərə–Zirə”, “Syraxanı” və “Neft Daşları” yataqlarının məlumatlar bazasının yaradılması və işlənmənin cari vəziyyətinin təhlili.
·         “Bahar” yatağının  hidrodinamik modelinin qurulması.
·         “Bahar” və “Bulla–Dəniz” yataqlarında quyuların vəziyyətinin və maye hasilatının təhlili.
·         “Kürsəngi” və “Qarabağlı” yataqlarında cari quyu hasilatının artırılmasına dair tədqiqatların aparılması.
·         “Kürsəngi” və “Qarabağlı” yataqlarında yeni quyuların yerinin müəyyənləşdirilməsi, hasilatının proqnozlaşdırılması və onların iqtisadi qiymətləndirilməsi.
·         “Şah Dəniz” yatağının hidrodinamik modelinin qurulması, layihələndirilən quyuların yerləşməsindən asılı olaraq optimal işlənmə variantının seçilməsi.
·         “Dayaz Sulu Günəşli” – “Dərin Sulu Günəşli” – “Çıraq” yataqlarında işlənmə göstəricilərinin dinamikasının və qarşılıqılı əlaqənin tədqiqi.
·         “Kürovdağ” yatağında laya suvurmanın aparılması üçün tədqiqatların aparılması.
·         “İnam” yatağının işlənmə göstəricilərinin proqnozlaşdırılması.
·         “Zığ” yatağının geoloji modelinin qurulması.
·         “Hövsan” yatağının geoloji modelinin qurulması.
·         “Abşeron”, “Ümid-Babək”, “D8-D10” perspektivli strukturlarının modellərinin qurulması və işlənmə göstəricilərinin proqnozlaşdırılması.
Layihə işlərinin kompüter proqramları və təlimatlarla təchizatı
·         OpenWorks; GeoData Loading; SeisWorks 2D/3D; PetroWorks; StratWorks; Z-MapPlus; GeoGraphics;Desktop VIP; OFM; Prosper; IRAP RMS.
 
Müəllif hüquqları © 2015 - 2024 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön