Neftveriminin artırılması - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Layların neftveriminin artırılması
________________________________________
Fəaliyyət istiqamətləri
• Laylara su vurulması texnologiyasının təkmilləşdirilməsi;
• Laylara vurulan sulara müxtəlif SAM, qələıvi tullantıları və digər kimyəvi reagentlərin əlavə olunması ilə layların neftveriminin yüksəlməsi üsullarının təkmilləşdirilməsi;
• Laylara termo-kimyəvi üsulla təsir mexanizminin təkmilləşdirilməsi;
Görülən işlər:
• Neftverimini artırmaq məqsədilə laya su-hava qarışığının vurulması texnologiyası işlənilmiş və laya tətbiq məqsədilə injektor qurğusu hazırlanmışdır və müvəffəqiyyətlə istehsalata tətbiq olunmuşdur;
• Laya vurulan işçi agentinin əhatə dairəsini artırmaq məqsədilə yeni kompozisiya işlənilmiş və tətbiq işi aparılmışdır;
• Layın neftverimini artırmaq məqsədilə qələvili tullantının şirin suda 5%-li məhlulundan araqatı yaradaraq, ardınca vurulan lay suyu vasitəsilə hərəkət etdirilməsi nəticəsində işçi agentin neftyuma qabiliyyəti yüksəlmiş və layda əhatəsi yaxşılaşmışdır;
• İki reagent qarışığından sinergetik effektə malik yeni kompozisiya işlənilmişdir;
• Yeni texnologiya – məhlul-hava qarışığının laya vurulması İşlənmişdir;
• İki reagentin reaksiyaya girməsi nəticəsinda yüksək temperaturun yaranması effektindən istifadə edərək araqatı qismində laya təsir texnologiyası işlənmişdir.


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön