Parafin və duz çöküntüləri - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Parafin və duz çöküntüləri ilə mübarizə
________________________________________
Fəaliyyət istiqamətləri:
• İstismar obyektlərində ağır karbohidrogenlərinin əmələgəlməsinin xəbərdarlığı və yaranmış asfalten, qətran və parafin (AQP) çöküntüləri mexaniki, fiziki, kimyəvi və kombinə edilmiş üsullarla təmizlənməsi;
• Qaz hidrat əmələgəlmə prosesinin qarşısının alınması;
• Quyu və lay sisteminin eləcə də yığım kollektorlarının duzla əlaqədar problemlərinin həlli.
• Neft quyularında ağır karbohidrogen–asfalten, qətran və parafin AQP çökməsinin qarşısının alınması və çökmüş ağır karbohidrogenlərin səthlərdən (qaldırıcı boru, mədən daxili kollektor, magistral neft vurucu kollektor və layların məsamələri) təmizlənməsində əsasən, istilik və kimyəvi üsulların işlənməsi.
Görülən işlər:
• Dərinlik nasosu üsulu ilə istismar olunan quyuların qaldırıcı boru və ştanqlarının ağır karbo-hidrogen-asfalten, qətran və parafindən təmizlənməsi üçün boruarası dərinlik elektrik qızdırıcı qurğusu işlənib hazırlanmış və tətbiq olunmuşdur.
• Neft quyularının atqı xətlərinin parafindən təmizlənməsi üçün isə elektrik qızdırıcı qurğusu «EQQ-30» işlənmişdir;
• Neft quyularında neftlə birlikdə lay sularının yüksək üzvü mineral duzlarla zənginliyi müxtəlif mürəkkəbləşmələrə səbəb olduğuna görə duz çöküntülərinə qarşı kimyəvi maddələrdən istifadə olunmuş və çoxsaylı işləmələr verilmişdir.
• Quyuların qaldırıcı borularında CaCO3, CaSO4 və MgCO3, MgSO4 qeyri-üzvü duz çöküntülərinin qarşısını almaq məqsədi ilə quyulardan çıxarılan hər ton suya 15q ammonium fosfat – «PS AzNİPİneftğ-76» əlavə etməklə duzlarının çökmə müddətini 15-20 dəfə artırmaq mümkün olmuşdur.
• Karbonat, sulfat duzlarının və korroziya məhsulunun (Fe2O3) qarşısını almaq üçün maqnit sahəsindən «MUPS» maqnit qurğusundan (duz çöküntülərinə qarşı maqnit qurğusu) istifadə olunmuş və «MUPS»-un müxtəlif modifikasiyaları işlənilmiş və tətbiq olunmuşdur.
• Gücü 90 kwt olan elektrik qızdırıcı qurğu-EQQ işlənib hazırlanmışdır.
• Hidrokristal çöküntüsünün qarşısı almaq üçün «EQQ-90» qurğusu yaradılmış və bu qurğu müəlliflik şəhadətnaməsilə müdafiə olunmuşdur;
• Hal-hazırda mədənlərdə AQP çöküntülərinə qarşı «Polad-50» və «ETOKSAT-1»-dən istifadə olunur. Bu reagentlər, hər ton çıxarılan neftə 250 qram əlavə edilməklə parafindən təmizləmə arası müddəti 2-2,5 dəfə çoxaldır və neft itgilərini minimuma endirir.
• Reagenti quyuya dozalarla vermək üçün qurğu – M.Ş.№1710704; Kimyəvi reagentlərin dozalarla vurulması üçün qurğu – Patent İ 20040087; Quyuları istismar etmək üçün qurğu – M.Ş .№1094949; Kimyəvi reagentin verilməsinin tənzimlənməsi üçün qurğu – M.Ş. №1557547; Neft quyudaxili emalı və çıxarılması üçün avadanlıq – M.Ş. №1629494; Quyuya reagenti dozalarla vurmaq üçün avadanlıq – M.Ş. №1700209 və.s. alınmışdır.
• Oksidləşdirici və yüngül spirtlərin ekzotermik reaksiyası nəticəsində yaranan yüksək istilik və reaksiyanın məhsulunun boru səthində sürüşkən səth yaratması səbəbindən parafin çöküntülərinin təmizlənməsi hesabına təmirlərarası müddətin onlarla dəfə artırılmasına nail olunmuşdur.


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön