Proqram Təminatı - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git

3 ölçülü layihələndirmə sistemləri

Plant Design Management System (PDMS):

 
Plant Design Management System (PDMS) – üçölçülü layihələndirmənin və layihə sənədlərinin hazırlanmasının böyük təcrübəsini nəzərə alınmaqla yaradılmış, layihə məlumatlarının mərkəzləşdirilmiş şəkildə saxlanmasını təmin edən çoxistifadəçi mühitidir. Çoxistifadəçi mühitdə işləməklə ziddiyyətlərdən azad modeli almağa imkan verən PDMS, inteqrasiya olunmuş mühəndis əlavələrinin tam dəsti ilə təchiz olunmuşdur. Bu əlavələrə daxildir:

 
  •         Boru kəmərlərinin layihələndirilməsi;
  •         Metal konctruksiyaların layihələndirilməsi;
  •         Bina və qurğuların layihələndirilməsi;
  •         Dayaq və asmaların yaradılması;
  •         Asma nərdivanların modelləşdirilməsi;
  •         Avadanlığın layihələndirilməsi;
  •         Panel və lövhələrin layihələndirilməsi;
  •         Kabel xəttlərinin layihələndirilməsi;
  •         İstilik və havalandırma sistemlərinin layihələndirilməsi.
 
 
Sistem üçölçülü qrafiki nüvəyə və verilənlər bazaları dəstinə malikdir, bir sıra hesablama proqram məhsulları ilə ikitərəfli əlaqə ilə təmin olunmuşdur, cizgi və spesifikasiyaların avtomatlaşdırılmış hazırlanmasını yerinə yetirir.
 
CADWorx Plant Professional:

 
Bu proqram çoxşaxəli boru kəmərləri şəbəkəsinə malik sənaye müəssisələrinin avtomatlaşdırılmış layihələndirilməsi üçün nəzərdə tutulmuşdur. CADWorx layihələndirmə kompleksinin CAESAR II, PVElite, АСТРА-НОВА и ROBOT Millennium proqramları ilə assosiativ ikitərəfli əlaqəsi layihələndirmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
 
CADWorx istifadəçini layihələndirmə və dinamik modellərin yaradılması üçün lazım olan alətlərin tam dəsti ilə təmin edir. 3-ölçülü modelləşdirmə zamanı komponentin bərk cism, 3-ölçülü sərhəd və izometrik proyeksiya üçün tət xətt rejimində daxil edilməsi (çəkilməsi) təmin edilir.
2D rejimindən 3D rejiminə ani konvertasiya (çevirmə) imkanı CADWorx Plant proqramının unikal xüsusiyyətidir. Yəni boru komponentləri ani olaraq bu rejimlərin ixtiyari birinə çevrilə bilər.
 
Hesablama kompleksləri

GTSTRUDL:

 
GT STRUDL ictimai binaların, sanaye və mülki müəssisələpin, o cümlədən açıq dənizdə hidrotexniki qurğuların inşası zamanı geniş istifadə olunan arxitektur-mühəndis tikililərinin  avtomatlaşdırılmış layihələndirmə və struktur analizi sistemidir. GT STRUDL vasitəsilə yerinə yetirilir:

  • Tikili konstruksiyalaının sonlu elementlər metodundan istifadə etməklə həndəsi modelləşdirilməsi;
  • Statik, dinamik və qeyri-xətti analiz;
  • Sonlu elementin analizi;
  • Nəticələrin qrafiki təsviri və s.
 
GTSTRUDL Offshore - GTSTRUDL sisteminin dəniz tikililərinin struktur analizi və hesablanması üçün nəzərdə tutulmuş modulu olub, dənizdə aparılan tikinti üçün tipik olan layihələndirmə məsələlərinin (dalğaya hesablama, hidrotexniki qurğuların nəqli və s.) həllinə yönəldilmişdir.
GTSELOS - dənizdə aparılan tikinti zamanı meydana çıxan hidrodinamik problemləri müvəffəqiyyətlə  həll etmək üçün  layihələndirilmiş və təkmilləşdirilmiş proqramdır. Bu proqram GTSRUDL sistemi ilə sıx qarşılıqlı əlaqədə işləyir.
 
STAAD PRO:


STAAD Pro - polad, beton, taxta və alyuminium konstruksiyaların sonlu elementlər metodu ilə hesablanması üçün yaradılmış proqram vəsaitidir.
 
STAAD Pro millərin və lövhələrin istənilən müstəvi və ya  fəza kombinasiyası kimi modelləşdirilən  bina və qurğuların tikinti konstruksiyalarının kəsilməz olaraq hesablanması, analizi və layihələndirilməsi üçün tam inteqrasiya olunmuş kompleks proqramdır.
 
STAAD PRO metal, dəmir beton və taxta konstruksiyaların norma və kodların əksəriyyətinin, o cümlədən SNiP-in tələblərinə uyğun layihələndirilməsinə imkan verir. STAAD PRO vasitəsilə yerinə yetirilir:

  • Yüklərin və təsirlərin hesablama;
  • Statik və dinamik hesablama;
  • Hesablama nəticələrinin analizi.
 
CAESAR II:

 
CAESAR II - boru kəmərlərində gərginliklərin hesablanması üçün proqram vasitəsi olub, çəkinin, təzyiqin, temperaturun, seysmik aktivliyin və digər statik və dinamik yüklərin nəzərə alınması ilə boru kəmərlərinin tez və dəqiq hesablanmasını təmin edir. Bu proqram ixtiyari ölçüyə və mürəkkəbliyə malik boru kəmələrini hesablanmasına imkan verir.
 
CAESAR II metal konstruksiyaları və boru modellərini birlikdə hesablamaq imkanı verir. Bu zaman boru kəməri sistemin  və ümumi strukturanın qeyri-xətti qarşılıqlı təsir effektinin həm qrafik, həm də ədəbi seçilməsi mümkündür.
 
CAESAR II fərdi qaydada boru elementlərini dəniz ləpələrinin və dəniz axınlarının hidrodinamik təsiri ilə yükləməyə imkan verir.
 
AutoPipe Plus:

 
Boru kəmərlərinin gərginlikli-deformasiyalı vəziyyətinin və yük götürən konstruksiyaların elementlərinin hesablanması və analizi. Hesablamalar:

  • Podveskanın (asmanın) hesablanması;
  • Statik xətti analiz;
  • Statik qeyri-xətti analiz;
  • Modal xarakteristikalar;
  • Reaksiyaların spektri;
  • Harmonik analiz;
  • Qüvvələr spektri;
  • Zaman asılılığı;
  • Seysmik yerdəyişmələr;
  • NYREG spektrlərinin və C411 spektrlərinin kombinası;
  • Statik şərtlər üçün düzəlişlər - buraxılmış kütlələrin nəzərə alınması metodu və  ZPA metodu (sıfır periodu ilə təcil);
  • Süxurun hesablanması;
  • Reaksiyanın 10 spektri üçün yüklər;
  • Zəlzələ zamanı əmələ gələn statik yüklər;
  • Küləkdən əmələ gələn yüklər - ASCE və YPC normaları və istifadəçinin şərti yaratdığı külək yükləri;
  • Dalğadan yaranan yüklər və üzmə qabiliyyəti;
  • Mayedə keçid proseslərində yaranan yüklər;
  • Buxar baxımından yaranan yüklər;
  • ASME B31.1, B31.3,B31.8;
  • ASME CLASS II, ASME CLASS III;
  • ASME B31.1-1967;
  • Kanada standartları və beynəlxalq standartlar;
  • Ümumi təyinatlı boru kəmərləri üçün standartlar;
  • Fırlanan avadanlıqlar haqqında məlumatlar;
  • Böyük ölçülü modellər;
  • Tirlərin elementləri.

GRUNT:

 
GRUNT proqramı yeraltı boru kəməri ilə qruntun qarşılıqlı təsir xarakteristikalarını hesablamaq üçündür. Bu xarakteristikalar Bentley AutoPIPE proqramında yeraltı boru kəmərlərini modelləşdirmək üçün zəruridir. Hesablama Bentley AutoPIPE proqrammasında verilmiş metodika ilə aparılır. Bundan əlavə GRUNT digər faydalı məsələləri həll edir, məsələn, qrunt nöqtələrinin addımının və borunun aktiv uzunluğunun hesablanası. GRUNT proqramması yeraltı boru kəmərləri ilə qruntun aşağıdakı qarşılıqlı təsir xarakteristikalarını hesablamaq üçün nəzərdə tutulmuşdur:

  • Sərtlik əmsalı (K1) və qrunt tərəfindən dörd istiqamətdə (horizontal uzununa, horizontal eninə, vertikal yuxarı və vertikal aşağı) boruya təsir edən uzununa qüvvələr əmsalı (p1);
  • Zəruri  aktiv uzunluqlu yeraltı boru kəmərinin dartılması və əyilməsi zamanı qrunt nöqtələrinin maksimal addımı.
 
Bentlyey PlantFLOW:

 
Bentlyey PlantFLOW qapalı və şaxələnən hissələrdən ibarət olan qaz və maye boru kəmərləri şəbəkələrinin layihələndirilməsi və hesablanması üçün proqram vasitəsidir. Boru kəmərlərində axının ənənəvi üsullarla  analizinə günlərlə vaxt sərf edilməsinə rəğmən, “siçan”la idarə olunan intuitiv qrafiki interfeysə, spesifik arxitekturaya, unikal modelləşdirmə imkanlarına malik olan Bentlyey PlantFLOW bu işi bir neçə saata yerinə yetirilməsinə şərait yaradır. Sənaye müəssisələrinin layihələdirilməsi və boru kəmərlərində gərginliklərin analizi üçün istifadə olunan digər CAD-əlavələrin informasiyasından da istifadə olunmasını təmin edən  Bentlyey PlantFLOW istifadəçiləri, bir neçə dəqiqə ərzində müxtəlif hesablama ssenarilərini böyük dəqiqliklə modelləşdirmək imkanı əldə edir.  Bu proqram istifadəçilərə ixtiyari ölçülü və mürəkkəb boru kəməri şəbəkəsini asanlıqla qurmağa, mümkün alternativ variantları qiymətləndirmək üçün bütün şəbəkədə mayenin təzyiqlərini, temperaturlarını axın sürətlərini hesablamaq imkanı verir. Bentlyey PlantFLOW – Bentlyey AutpPLANT layihələndirmə sistemi və boru kəmərrləri və onlarin elementlərində gərginliklərin analizi proqramlarına malik interfeysindən istifadə etməklə, boru kəmərlərində axının analizi üçün reallığa yaxın üçölçülü modellərlə işləyən yeganə proqramdır. Bu xüsusiyyət konstruksiyada səhvlərin minimuma endirilməsinə və layihələndirmə prosesininin əhəmiyyətli
dərəcədə sadələşdirilməsinə şərait yaradir. Proqram boru kəmərlərinin optimal ölçülərinin və yerləşdirilməsinin üçün vasitələrə, avadanlıqların, klapanların ölçülərinin seçilməsi üçün kataloqlara, paylayıcı maqistrallarda və yığım kollektorlarında axının stabilləşdirilməsin hesablanması üçün vasitələrə malikdir.
Bentlyey PlantFLOW – Bentley AutoPLANT, Bentley PRO-PIPE və Intergraph PDS mühitində yaradılmış cənaye müəssisələrinin modellərinin qəbul edilməsini təmin edir, boru kəmərlərində gərginliklərin analizi üçün nəzərdə tutulmuş AutoPIPE modulu ilə ikitərəfli interfeysə malikdir.
 
Geoloji və hidrodinamiki modelləşdirmə
 




 
Qazma proqramları

  • Well Design (Quyunun layihələndirilməsi) - Quyunun trayektoriyasını hesablamaq üçün alət.
 
Quyunun hesabatı - bu quyunun optimal trayektoriyasını və ehtiyat yollarını planlaşdırmaq üçün konstruktor şöbəsində tətbiq olunan üsuldur.

 
  • Survey Editor (Tədqiqat redaktoru) - İstiqamətləndirilmiş tədqiqata nəzarət.
 
Survey Editor - tədqiqat məlumatlarını gözdən keçirmək və bu məlumatların quyunun planlaşdırma məlumatları ilə müqayisə etmək üçün konstruktor şöbəsində istifadə olunan üsuldur.

 
  • BHA Editor (BHA redaktoru) - Quyudibi qurğular üçün qrafiki cizgi aləti.
 
BHA redaktoru konstruktor bürosunda quyudibi qurğuların cizgilərini yaratmağa və Hydraulics və Drill SAFE (fırlanma momenti) modulları üçün quyunun həndəsi parametrlərini təyin etməyə kömək edir. Komponentlər və alətlər elə modifikasiya oluna bilər ki, onlar qurğunun cari vəziyyəti və yaxud material-istehsalat ehtiyatı qorunub-saxlanılsın.

 
  • Hydraulics (Hidravlika) - Quyunun hidravlikasının hesablanması və analizi üçün alət.
 
Hydraulics konstruktor bürosunda təzyiq dövranı sistemində təzyiq itkisini proqnozlaşdırılması üçün  istifadə olunur. Hydraulics həmçinin swab/surge hesablamalarını aparmaq və kəsici alətin işinin optimalaşdırması üçün istifadə olunur.

 
  • Close Approach (yanaşma) - Quyunun antikollizion istiqamətdə planlaşdırılması.
 
Close Approach konstruktor bürosunda planlaşdırılan quyuların trayektoriyalarının mövcud quyular üçün təhlükə yaratması (toqquşma) riskini aradan qaldırmaq məqsədilə antikollizion analiz  aparmaq üçün tətbiq olunur.

 
  • Drill Viz - Layihələndirmə üçün 3 ölçülü vizual baxış aləti.
 
Drill Viz – qazma layihələrinin planlaşdırılması və simulyasiyasına kömək məqsədilə tətbiq edilən metoddur. Dril Viz səthləri, həcmləri, quyu trayektoriyalarını, qazıma məqsədlərini, qeyri müəyyənlik ellipslərilə yanaşı 3 ölçülü (3d) quyunu, karataj əyrilərini və quyunun trayektoriysı boyu verilənlərin  3 ölçülü təsvirini göstərə bilər.

 
  • Cem Cade - Sementləmənin hesablaması və simulyasiyası aləti.
 
Vaxta və sərf olunan pula qənaət etməklə tamamlanmış izalyasiya zonasında müvəffəqiyyətli sementləmənin aparılmasına nail olmaq üçün quyunun təhlükəsizliyi, qoruyucu kəmərin mərkəzləşdirilməsi, palçıqdan təmizləmə və qazın miqrasiyası kimi müxtəlif faktorlar hesablamada nəzərə alınmalıdırlar. Sementləmənin gözləmə vaxtını qısaltmaq və lazımı mayenin hesablanması üçün temperatur dəqiq proqnozlaşdırılmalıdır.
 
Əlavə olaraq, görülən işlərin analizi, zona izolyasiyasından əmin olmaq və lazımsız təmir işlərinin istisna edilməsi üçün lazımdır. Cem Cade Shlumberger sementləmə layihəsi və proqram təminatının qiymətləndirilməsi istifadəçiyə müxtəlif sementləmə işlərinin layihələndirilməsində və optimallaşdırılmasında kömək etmək üçün inteqrasiya olunmuşdur.

 
  • TDAS - Qoruyucu kəmərin və borular sisteminin layihələndirilməsi.
 
Layihələndirmə sistemində TDAS  qoruyucu kəmərin analizi və layihələndirmə sistemi aparıcı texnologiyadır. TDAS sisteminin tətbiqi seçilən qoruyucu kəmər borularının tez və dəqiq qiymətləndirilməsinə və istismar keyfiyyətlərinin təyin edilməsinə imkan verir.

 
  • Drill SAFE - Fırlanma momentinin və sürtünmənin analizi.
 
Drill SAFE  quyudibinin, qoruyucu və boru kəmərlərinin quraşdırmasının layihələndirilməsi üçün istifadə olunur. Drill SAFE həm də quyudibinin quraşdırılması zamanı fırlanma və sürüşmə rejimini proqnozlaşdırmağa kömək edir.
Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön