Qazma texnologiyaları - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Quyuların qazılması texnologiyaları
________________________________________
Fəaliyyət istiqamətləri
• Dərin qazımanın texnikası və texnologiyası;
• Qazıma vaxtı yaranan mürəkkəbləşmələrlə mübarizə:
o qazıma məhlullarının udulmaları;
o neft-qaz təzahürləri;
o quyu lüləsinin deformfsiyaları;
• Qazımada baş verən qəzaların qarşısının alınması və ləğvi;quyuların qazılmasının hidrodinamik əsaslarının təkmilləşdirilməsi;
• Qazıma alətinin tutulmaları.
Görülən işlər:
• Müxtəlif texnoloji əməliyatlar aparılarkən hidrodinamik təzyiqin həddindən çox artımları səbəbindən layların hidravlik yarılmalarının və bununla əlaqədar olan mürəkkəbləşmələrin qarşısını alan və müasir tələblərə cavab verən müvafiq kompüter proqramı işlənib hazırlanmışdır.
• İstehsalat şəraitində qazıma məhlullarının reoloji parametrlərinin (struktur özlülüyünü və dinamik sürüşmə gərginliyini) təyin edilməsi üçün ekspress-metod təklif edilmişdir.
• Tiksotrop qazıma məhlulunun statik sürüşmə gərginliyinin real (yəni faktiki sükunət müddəti və sürüşmə surəti nəzərə alınmaqla) qiymətinin müəyyənləşdirilməsi əsasında quyuda basqı təzyiqinin proqnozlaşdırılmasını və tənzimlənməsini təmin edən müvafiq hesablama metodikası yaradılmışdır.
• Qazıma alətinin "quyu-lay" sistemində təzyiqlər fərqinə görə tutulma nəzəriyyəsinin təkmilləşdirilməsi üzrə aparılmış tədqiqatların nəticəsində qazılan quyularda qazıma alətinin tutulma təhlükəsini azaldan tədbirlər kompleksinin elmi-texnoloji əsasları işlənib hazılanmışdır.
• 2008-ci ildə "Quyuların qazılması və möhkəmləndirilməsi zamanı qazıma məhlulunun udulması ilə mübarizə üzrə təlimat" işlənib hazırlanmışdır.


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön