Qazma məhlulları
_____________________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri:
• Gilli suxurlarda qazıma işləri aparmaq üçün yüksək inhibirləşdirilmiş qazıma məhlullarının hazırlanması;
• Məhsuldar horizontların açılması üçün qazıma məhlullarının hazırlanması;
• Yerli neftkimya və kənd təsərrüfatı tullantıları əsasında qazıma məhlullarının struktur-mexaniki və kolloid-kimyəvi xüsusiyyətlərə malik kimyəvi reagentlərin işlənməsi;
• Sement körpülərinin qoyuluçunda və quyunun bərkidilməsi vaxtı müxtəlif sıxlığa malik mayeləri ayırmaq xüsusiyyətinə qadir özülü-elastiki kompozisiyaların işlənməsi;
• Qazıma məhlullarının işlənm\əsi üçün daxil olan kimyəvi reagentlərin keyfiyyətinin təyini üçün kompleks tədqiqat işlərinin aparılması;
• Quyu tikintisi və layihələndirilməsində istifadə olunan qazıma məhlulları üçün texnoloji reklamların işlənməsi;
• Quyuların mənimsənilməsi üçün qazıma məhlullarının tərkibini işləməli.
Görülən işlər:
• Aparılmış elmi tədqiqat işləri nəticəsində yaradılmış qazıma məhlulları Xəzər dənizinin Azərbaycan sektorunda, eləcə də Rusiya, Türkmənistan və Qazaxıstanın neftqaz yataqlarında geniş tətbiq olunmuşdur.
Sement məhlulları
_________________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri:
• Quyuların tamamlanmasının texnoloji və texniki aspektlərin öyrənilməsi;
• Quyuların sementlənməsi üçün tamponaj sistemlərin optimal tərkiblərin və xassələrin seçilməsi;
• Quyularda sement körpüsünün qurulmasının texnika və texnologiyasının öyrənilməsi;
• Quyuların bərkidilməsi və tamamlanması zamanı mürəkkəbləşmələrlə mübarizə və onların qarşısının alınması.
Yerinə yetirilmiş ETİ bəziləri:
• Əldə edilən məhlulların, reagentlərin və ağırlaşdırıcı maddələrin keyfiyyət parametrlərinin müəyyənləşdirilməsinin nəticələrinə əsasən rəylərin işlənməsi və resepturanın yaxşılaşdırılması.
• Sıxlığın və möhkəmliyin tənzimlənməsi məqsədi ilə sement məhluluna əlavənin hazırlanması.
• Sementləmənin keyfiyyətini artırmaq məqsədilə texnoloji üsulların işlənməsi.