Qum və su təzahürləri ilə mübarizə - niping

İçeriğe git

Qum və su təzahürləri ilə mübarizə
__________________________________________________________________________________________________________

Fəaliyyət istiqamətləri

• Neft quyularında qum və su təzahürlərinin geoloji, texniki və istismar şəraitini nəzəri və praktiki cəhətdən təhlili, onların aradan qaldırılması üçün kompleks texniki avadanlıqların, texnoloji proseslərin işlənilməsi;
• Quyuların məhsulunun sulaşmasının və qum təzahürünün qarşısını almaq istiqamətində daha mütərəqqi texniki avadanlıq və kimyəvi reagentlərdən istifadə etməklə etibarlı texnoloji proseslərin işlənilməsi;
• Qumun quyuya gəlməsinin qarşısını almaq;
• Quyuya gətirilən qumun yer səthinə tam qaldırılmasını təmin etmək.

Görülən işlər:

• Quyularda qum və su təzahürlərinin laydan süzülən mayenin sürətindən və dağ süxurlarının təzyiqi nəticəsində yaranan gərginlik qüvvələrinin birgə təsiri nəticəsində baş verməsi nəzəri olaraq əsaslandırılmışdır;
• Birinci olaraq Azərbaycanın neft yataqlarında quyuların məhsuldarlığını artırmaq və qum təzahürünün qarşısını almaq məqsədilə layların hidravlik yarılması texnologiyası tətbiq edilmiş və yüzlərlə quyuda aparılmışdır;
• Respublikada Mezozoy çöküntülərinə qazılmış quyuların mənimsənilməsinin yeni texnologiyası təklif olunmuşdur;
• Qazımadan alınan quyuların xüsusi süzgəclə təchiz olunması və perforasiyasız açılması üsulu işlənilmiş və tətbiq olunmuşdur;
• Birinci olaraq layların quyudibi ətrafının mikroorqanizmlərin fəaliyyəti təsirindən dağıdılması ideyası irəli süzülmüş və mübarizə məqsədilə yuyucu maye işlənilmişdir;
• Neft sənayesində quyularda istismar obyektlərinin maye-qum şırnağı ilə açılmasının texnologiyası işlənmişdir;
• Quyularda qum təzahürünə qarşı yüksək temperaturaya, karroziyaya davamlı müxtəlif konstruksiyalı yarıqlı süzgəclər işlənmişdir;
• Quyularda qum və su təzahürünün qarşısını almaq və ya məhtudlaşdırmaq üçün sinerqetik effektə malik tamponaj məhlulu və tətbiqi texnologiyası işlənilmişdir;
• Quyudibi ətrafında lay strukturunun yüksək tezlikli kiçik amplitudalı dalğaların təsirindən dağılmasının qarşısını alan, elastik xassəyə malik bərkidici tərkib və tətbiqi texnoloqiyası işlənilmişdir;
• Quyu məhsulunun sulaşmasının qarşısını alan və ya yüksək dərəcədə məhdudlaşdıran, selektiv xassəyə malik, təcrid edici tərkib və onun tədbiqi texnologiyası işlənilmişdir;
• Kəmər arxasından quyuya gələn kənar suların, lay suyunun və eyni zamanda qumun gəlməsinin qarşısını alan, həcimcə genişlənən, qazlaşmış tamponaj məhlulu və tətbiqi texnologiyası işlənilmişdir;
• Lay təzyiqi hidrostatik təzyiqin 50 %-dən az olan quyularda qum tıxacının yuyulması zamanı yuyucu mayenin laya udulmasının qarşısını alan qurğu işlənilmiş və tətbiq edilmişdir;
• Quyuda qum tıxacının yaranmasının qarşısını alan quyudaxili qurğu işlənilmişdir.
Müəllif hüquqları © 2015 - 2023 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön