Quyularının istismarı - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Quyularının istismarı
________________________________________
Fontan-qazlift quyularının istismarı
Fəaliyyət istiqamətləri
• Qaz-maye qarışığının hərəkət strukturunun tədqiqi.
• Fontan-qazlift quyularının səmərəli işləməsi və hasilat imkanlarından istifadə etmək məqsədilə yeni elmi-texniki təkliflərin işlənməsi və tətbiqi;
• Fontan-qazlift quyularının optimal iş rejimlərində işləməsi üçün liftin konstruksiyasının və digər göstəricilərinin ardıcıl olaraq yoxlanılması və dəyişdirilməsi;
• Fontan-qazlift quyularının istismar prosesində qaz sərfinin və qaz itkilərinin azaldılması sahəsində yeni elmi-texniki tədbirlərin işlənməsi, əsaslandırılması və tətbiqi.
• Sulaşmış qazlift quyularında hasilatın artırılması və sabit saxlanılması üçün elmi-texniki təkliflərin hazırlanması və quyularda tətbiqi;
• Yüksək qaz amilli və döyüntülərlə işləyən qazlift quyularının səmərəli işləməsi üçün yeni elmi-texniki təkliflərin işlənməsi;
• Qazlift quyularının vaxtaşırı istismara keçirilməsi imkanlarının araşdırılması.
Görülən işlər:
• Fasiləsiz qazliftin kvazihomogen modellə tədqiqi və fasiləli qazlift sahəsində analitik cəhətdən əsaslandırılmış qaldırıcı borularda qarışığın sıxlığını və hidravlik müqavimətlərə sərf olunan təzyiq itkisi üçün metodikalar işlənilmişdir.
• Quyuların istismarı zamanı qum tıxacının əmələ gəlməsi və boruların pərçimlənməsinin qarşısını almaq üçün sərbəst asqılı ikicərgəli lift (SAİL) qurğusu, qazlift quyularında qaldırıcının F.İ.Ə.-ni artırmaq və hasilat quyularınnda lift boyu qeyri-müvazinətli effektləri tənzimləməklə quyudibi sahəyə hidrodinamiki dalğalarla təsir yaradan yeni konstruksiyalı rəqs qeneratorları və mürəkkəb şəraitdə işləyən qazlift quyularında təkmilləşdirilmiş ejektor sistemli lift (TİEL) qurğusu işlənilmişdir.
• Qazlift quyularının istismarı prosesində istifadə olunan polimer birləşmələrinin fiziki kimyəvi xassələrinin temperaturdan asılılığı və keyfiyyət dəyişməsi tədqiq edilmişdir.
• Qazlift quyularında qaz-maye qarışığının hərəkət strukturunu mexaniki üsullarla tənzimləmək və zərurət yarandıqda kanat texnikası vasitəsilə qaldırılıb-endirilə bilən disperqator qurğusu işlənilmişdir.
• Fontan-qazlift quyularında qaz-maye qarışığının hərəkətini tədqiq etməklə quyuağzı parametrlərə əsasən quyudibi təzyiqin yeni metodikaların tətbiqi ilə hesablanması, flüidlərin faza vəziyyəti və hidrodinamiki xassəsindən asılı olmayaraq təzyiq paylanmasının universal riyazi hesablanma metodikaları işlənmişdir.
Quyuların nasos üsulu ilə istismarı
Fəaliyyət istiqamətləri
• Quyuların nasos üsulu ilə istismarının elmi–nəzəri əsaslarının inkişaf etdirilməsi, texnika və texnologiyasının təkmilləşdirilməsi;
• Mürəkkəbləşmiş geoloji, texniki və istismar şəraitində quyuların nasos üsulu ilə istismarı zamanı zərərli təsirlərlə mübarizənin təkmilləşdirilməsi və yeni qoruyucu texniki vasitələrin yaradılması;
• Daha dərində yatan laylardan neftin dərinlik nasosları ilə çıxarılmasının texniki və metodik vasitələrinin işlənməsi.
Görülən işlər:
• Quyuların dərinlik nasosları ilə istismarı nəzəriyyəsinin əsasları yaradılmış və onun praktiki tətbiq aspektləri tədqiq edilmişdir;
• Dərin laylara işləyən çox yükə davamlı çoxpilləli ştanqların layihələndirilməsi və istehsal olunma texnologiyası işlənib hazırlanmışdır;
• Çoxsaylı neftçıxarma avadanlığının köhnəlməsi ilə əlaqədar müxtəlif xarakterli texnoloji əngəllərə qarşı qoruyucu tərtibatlar və metodik vasitələr işlənmişdir;
• Ştanqlı nasoslu quyuların istismarı praktikasında nasosun asqı dərinliyinin və çıxarılan maye miqdarının geniş diapazonlarında rasional iş rejiminin və yerüstü avadanlığın seçilməsi üçün universal diaqram və təlimat işlənib hazırlanmışdır;
• Neft quyularını qazın zərərli təsirindən qoruyub normal istismarını təmin edən xüsusi manjetli nasoslar yaradılmış və tətbiq olunur. Mərkəzdənqaçma və qarışığın darısqal mühitdə hərəkət prinsipinə əsaslanan yeni konstruksiyalı qaz və qaz – qum ayırıcıları işlənib hazırlanmış və bunların praktikada tətbiqindən əhəmiyyətli nəticələr əldə edilmişdir;
• Azhasilatlı quyuların vaxtaşırı istismara keçirillməsi məqsədi ilə «UPES» və «BNQ–51–Az-NSDETLİ» markalı xüsusi avtomatik qurğular layihələndirilmiş, sənaye miqyasında istehsal edilmiş və çoxsaylı azhasilatlı quyularda tətbiq dilmişdir.
• Neft-mədən praktikası üçün zəruri olan bir sıra nəzəri məsələlər, o cümlədən, nasos- kompressor borularında plunjerüstü qazlı maye sütununun elastiki rəqsləri tədqiq edilmişdir;
• Ştanqlı dərinlik nasosu ilə neft hasil edən quyuların işinin dinamik optimallaşdırılması məsələsinin avtomatlaşdırılmış həllinə kompleks yanaşılmış və xüsusi optimizasiya metodikası işlənib hazırlanmışdır;
• Neft – mədən işlərində böyük əhəmiyyət kəsb edən dinamoqram konturu nəzəriyyəsi inkişaf etdirilmiş, praktikada teledinamoqramların sıfır yükü xəttinin vəziyyətinin, qüvvə miqyasının və s. təyin edilməsinin metodikası işlənmişdir.


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön