Sanitar-texniki işlər
__________________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri:
- Su və kanalizasiya boru kəmərlərinin layihələndirilməsi:
- boru kəmərlərinin əlverişli trassasının seçilməsi;
- boruların hidravliki hesabatı;
- boru kəmərlərinin materialının seçilməsi;
- boru kəmərlərinin avtomobil və dəmir yolu ilə kəsişməsində keçidlərin layihələndirilməsi;
- boruların hidravliki sınaqdan keçirilməsi qaydaları;
- işçi cizgilərin hazırlanması.
- Yanğın əleyhinə boru kəmərlərinin layihələndirilməsi:
- boru kəmərlərinin əlverişli trassasının seçilməsi;
- boruların hidravliki hesabatı;
- boru kəmərlərinin materialının seçilməsi;
- boru kəmərlərinin avtomobil və dəmir yolu ilə kəsişməsində keçidlərin layihələndirilməsi;
- boruların hidravliki sınaqdan keçirilməsi qaydaları;
- işçi cizgilərin hazırlanması.
- Qaz kəmərlərinin layihələndirilməsi:
- boru kəmərinin optimal trassasının seçilməsi;
- boru kəmərinin hidravliki hesabatı;
- qaztənzimləyici məntəqələrinin və ya qurğuların seçilməsi və yerləşdirilməsi;
- boru kəmərinin süni və təbii maneələrdən keçirilməsi;
- boru kəməri üçün kompensatorların seçilməsi və yerləşdirilməsi;
- boru kəmərinin kimyəvi və elektrokimyəvi mühafizəsi;
- boru kəmərinin sınağının aparılma qaydaları;
- ətraf mühitin mühafizə bölməsinin işlənməsi;
- işçi cizgilərin işlənməsi.
- İstilik mənbələri və şəbəkələrinin layihələndirilməsi:
- istilik məbələrinin gücünün təyini;
- istilikdaşıyıcıların növü və parametrlərinin təyini;
- istilik mənbəyinin prinsipial sxeminin tərtibi;
- istilik mənbəyinin əsas və köməkçi avadanlıqlarının seçilməsi və yerləşdirilməsi;
- istilik mənbəyini yerləşdirmək üçün əlverişli relyefin seçilməsi;
- istilik şəbəkələrinin optimal trassasının seçilməsi;
- istilik şəbəkələrinin çəkiliş üsulunun seçilməsi;
- istilik şəbəkələrinin elementlərinin seçilməsi və yerləşdirilməsi;
- istilik kəmərlərinin kimyəvi və elektrokimyəvi mühafizəsi;
- istilik kəmərlərinin izolyasiyası;
- boru kəmərlərinin sihağının aparılma qaydaları;
- ətraf mühitin mühafizə bölməsinin işlənməsi;
- işçi cizgilərin işlənməsi.
Görülən işlər:
- Qaradağ Yeraltı Qaz Saxlama Anbarında qazpaylama məntəqəsinin tikintisi.
- "Ümid" yatağında 1 ədəd axtarış və 5 ədəd qabaqlayıcı-istismar quyularının qazılması üçün 1 saylı DSÖ-nün tikintisi.
- "Bahar" – “Hövsan” yataqları arası qaz kəmərinin tikintisi.
- "Bibiheybətneft" NOÇİ-nin abadlaşdırıması.
- Kern və şlam nümunələrinin saxlanması üçün bina.
- "Günəşli" yatağında 10 saylı DDÖ-də işçilərin sosial-şəraitinin yaxşılaşdırılması üçün yaşayış blokunun yenidən qurulması.
- "Qum dəniz" yatağında 8 istismar quyusunun qazılması üçün 363 saylı DDÖ-nün yenidən qurulması və genişləndirilməsi
- N.Z.Tağıyev adına NQÇİ-nin ərazisində ekoloji parkın salınması
Proqram təminatı: AutoCAD