Stratiqrafiya və kollektor - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Stratiqrafiya və kollektor xüsusiyyətləri
________________________________________
Fəaliyyət  istiqamətləri
• Struktur-axtarış və dərin kəşfiyyat quyularından, həmçinin mezo-kaynozoy çöküntülərinin klassik və əsas kəsilişlərindən götürülmüş kernlərin (süxur nümunələrinin) biostratiqrafik və litoloji-petroqrafik təhlili;
• Neft-qazlı çöküntülərin maddi tərkibinin və kollektor xüsusiyyətlərinin öyrənilməsi;
• Teriqen çöküntülərinin sedimentoloqiyası, mezokaynozoy çöküntülərinin sekvens stratiqrafiyası, karbohidroqen rezervuarlarının arxitekturası və çökmə qatılarının kompleks stratiqrafiyası.
Görülən işlər:
• Qərbi Abşeronun (Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah, Lökbatan-Puta-Quşxana, Korgöz- Qızıltəpə-Şonqar, Qaradağ, Bibiheybət  yataqları üzrə) Məhsuldar qat çöküntülərinin kollektor  xüsusiyyətlərinin və neftqazlılığının paylanma qanunauyğunluqları öyrənilmişdir.
• Abşeron NQR QÜQ, QÜG, FLD və Balaxanı  lay dəstəsi kollektor süxurlarının litoloji xüsusiyyətləri, neftliliyi-qazlılığı və yayılma qanunauyğunluqlarının öyrənilməsi, Azneft-İB NQÇİ-nin axtarış-kəşfiyyat  quyularından götürülmüş süxur nümunələrinin operativ tədqiqi.
• Abşeron neftli-qazlı rayonu qırmakı altı lay dəstəsi kollektor süxurlarının litoloji-petroqrafik xüsusiyyətləri,petrofiziki xassələri və onların qanunauyğunluqları.
• Abşeron neftli-qazlı vilayəti qala lay dəstəsi kollektor süxurlarının litoloji-petroqrafik xüsusiyyətləri və kollektor xassələri.
• Abşeron NQR-nun Təbaşir, Paleogen və Miosen çöküntülərinin stratiqrafik sxeminin tərtibi.
• Abşeron neftli-qazlı rayonunda qırmakı lay dəstəsi çöküntülərinin kəsliş və sahə üzrə paylanması və onların petrofiziki parametrlərinin öyrənilməsi»


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön