Stratiqrafiya və kollektor xüsusiyyətləri
_________________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri
• Struktur-axtarış və dərin kəşfiyyat quyularından, həmçinin mezo-kaynozoy çöküntülərinin klassik və əsas kəsilişlərindən götürülmüş kernlərin (süxur nümunələrinin) biostratiqrafik və litoloji-petroqrafik təhlili;
• Neft-qazlı çöküntülərin maddi tərkibinin və kollektor xüsusiyyətlərinin öyrənilməsi;
• Teriqen çöküntülərinin sedimentoloqiyası, mezokaynozoy çöküntülərinin sekvens stratiqrafiyası, karbohidroqen rezervuarlarının arxitekturası və çökmə qatılarının kompleks stratiqrafiyası.
Görülən işlər:
• Qərbi Abşeronun (Şabandağ-Şubanı-Yasamal dərəsi-Atəşgah, Lökbatan-Puta-Quşxana, Korgöz- Qızıltəpə-Şonqar, Qaradağ, Bibiheybət yataqları üzrə) Məhsuldar qat çöküntülərinin kollektor xüsusiyyətlərinin və neftqazlılığının paylanma qanunauyğunluqları öyrənilmişdir.
• Abşeron NQR QÜQ, QÜG, FLD və Balaxanı lay dəstəsi kollektor süxurlarının litoloji xüsusiyyətləri, neftliliyi-qazlılığı və yayılma qanunauyğunluqlarının öyrənilməsi, Azneft-İB NQÇİ-nin axtarış-kəşfiyyat quyularından götürülmüş süxur nümunələrinin operativ tədqiqi.
• Abşeron neftli-qazlı rayonu qırmakı altı lay dəstəsi kollektor süxurlarının litoloji-petroqrafik xüsusiyyətləri,petrofiziki xassələri və onların qanunauyğunluqları.
• Abşeron neftli-qazlı vilayəti qala lay dəstəsi kollektor süxurlarının litoloji-petroqrafik xüsusiyyətləri və kollektor xassələri.
• Abşeron NQR-nun Təbaşir, Paleogen və Miosen çöküntülərinin stratiqrafik sxeminin tərtibi.
• Abşeron neftli-qazlı rayonunda qırmakı lay dəstəsi çöküntülərinin kəsliş və sahə üzrə paylanması və onların petrofiziki parametrlərinin öyrənilməsi»