Yığılma, hazırlanma və nəql - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
Neft və qazın yığılması, hazırlanması və nəqli
__________________________________________________________________________________________________________

Fəaliyyət istiqamətləri

  • Azərbaycan yataqlarından hasil olunan neft və qazın yığılması, hazırlanması və nəqli sisteminin təkmilləşdirilməsi;
  • Neftin itkisiz hazırlanıb texniki şərtin tələblərinə uyğun təhvil verilməsi üçün deemulqatorların işlənməsi:
- neftin fiziki-kimyəvi xassələrinin və keyfiyyət göstəricilərinin təyini;
- neftin keyfiyyətli hazırlanması və nəqlində deemulqatorların işlənməsi;
- neft və qazın texnoloji itki və daxili ehtiyaclara sərf normalarının işlənməsi;
- neft və qazın yığılması, hazırlanması sisteminin layihələndirilməsində texnoloji rejimin seçilməsi.

Görülən işlər:

  • Abşeron yarımadasında mövcud olan qaz boru kəmərlərinin işinin təhlili və boru arxası qazların yığılması üçün təklif və tövsiyyələr verilmişdir.
  • Termokimyəvi deemulsasiya prosesində neft itkilərinin qarşısını almaq, aşağı temperaturda neftin hazırlanmasını təmin etmək məqsədilə, mikroemulsiya-deemulqatorun və deemulqatorun depressatorla kompozisiyalı reagentlər işlənmişdir;
  • Deemulsasiya xüsusiyyətinə görə xarici analoqlardan geri qalmayan yerli xammal əsasında, DM-1, reagent-RF və UPAV-82 deemulqatorlar hazırlanmışdır;
  • Yüksək özlülü emulsiyalı neftlərin hazırlanmasını, deemulsasiyasını və nəqlini təmin edən yerli xammal əsasında hazırlanmış kompozisiyalı reagent hazırlanmış və tətbiq texnologiyası işlənmişdir;
  • Neftin nəqli zamanı onda struktur dəyişikliklərin əmələ gəlməsinin qarşısını alan və reoloji parametrləri tənzimləyən CKEP-30, Alkandep-3, depressator aşqarları araşdırılıb və tətbiq edilib.
  • "Azneft" İB-nin mədənlərində neft və qazın yığılması, hazırlanması və nəqlində texnoloji itkilərin və sərf normalarının müəyyənləşdirilməsi üçün çoxsaylı normativ sənəd və normalar işlənmişdir.
  • Neftin hazırlanması prosesində deemulqatorların neft emulsiyası ilə qarışma keyfiyyətini və deemulqatorun effektivliyini yüksəldən, fiziki sahələrin təsiri texnologiyası əsasında, xüsusi ultrasəs kavitasiyalı qarışdırıcı təklif olunmuşdur.


Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön