Yataqların işlənməsi - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
 
Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili
 
 
 
 
Fəaliyyət  istiqamətləri
 
·         Yataqların işlənməsi üçün layihə-texniki sənədlərinin işlənməsi;
 
·         Yataqların işlənməsinə müəllif nəzarəti;
 
·         Yataqların işlənməsinin layihələndirilməsi üçün mühəndis-geoloji axtarış-kəşfiyyat işləri,  texnoloji və texniki-iqtisadi göstəricilərin təyini, qazıma işlərinin aparılmasının təşkili;
 
·         İşlənilən yataqların geolo-texnoloji modellərinin yaradılması;
 
·         Yataqların işlənməsinin cari vəziyyətinin monitorinqi;
 
·         İşlənilən yataqların texnoloji və iqtisadi göstəricilərinin proqnozlaşdırılması;
 
·         İşləyən və qazılan maili psevdohorizontal və horizontal quyuların hidrodinamiki modellərinin analitik əsaslandırılması;
 
·         Neft və qaz ehtiyatlarının çıxarılmasının və reallaşdırılmış yatagın işlənməsi sistemlərinin effektivliyin təhlili.
 
Görülən işlər
 
·         İşlənmənin təhlili əsasında layihə göstəricilərinin yerinə yetirilməsini təmin edən tədbirlərın hazırlanması;
 
·         Neftvermənin ikinci və üçüncü dərəcəli üsullarının tətbiqindən alınan səmərəliliyin müəyyən edilməsi və bu prosesin yaxşı aparılması məqsədilə tədbirlərin tövsiyyə olunması;
 
·         Yatağın işlənməsinin layihələndirilməsi zamanı vacib sayılan mühəndisi-geoloji axtarış-kəşfiyyat işlərinin yerinə yetirilməsi, texnoloji və texniki-iqtisadi göstəricilərin müəyyən edilməsi, qazıma işlərinin təşkili və aparılması;
 
·         Quyu şəbəkəsinin sıxlığı, illər üzrə daxil edilən platformaların sayı və tempi, hasilat və suvurucu quyuların qazımadan çıxarılma tempi, bu quyuların işlənmə rejimləri, təsir üsulları və s. ilə fərqlənən yatağın işlənməsinin variantlar üzrə müəyyən olunması;
 
·         Təcrubi-sənaye istismarın texnoloji sxeminin variantlar üzrə baxılması;
 
·         NÇƏ-nı təsdiq etmək üçün texnoloji və texniki-iqtisadi hesablamaların variantlar üzrə aparılması; qazkondensat yatağının qazverməsinin təhlili əsasında proqnoz dövründə işlənmənin texnoloji və texniki-iqtisadi göstəricilərlə hesablanması;
 
·         Neftçıxarma əmsallarının qiymətləndirilməsi üçün petrofiziki və geoloji-istismar xüsusiyyətlərinə əsaslanaraq, statistik və hidrodinamik hesablamaların müxtəlif üsullarından istifadə edilməsi;
 
·         Yataqlarda işləyən və gələcəkdə qazılacaq maili psevdohorizontal və horizontal quyuların hidrodinamiki modellərinin analitik əsaslandırılması.
 
Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön