Axtarış-kəşfiyyat işləri
___________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri
Neftli-qazlı hövzələrinin litofasial və struktur-tektonik xüsusiyatlərinin, paleotektonik, geokimyəvi və termobarik şəraitlərinin öyrənilməsi və neft-qazlılıq perspektivliyinin əsaslandırılması, axtarış-kəşfiyyat qazıması üçün ən perspektivli strukturların seçilməsi;
Karbohidrogenlərin proqnoz resurslarının kəmiyyətcə dəqiqləşdirilməsi və axtarış-kəşfiyyatın səmərəli istiqamətlərinin müəyyən edilməsi;
Azərbaycanın dərin (4,5 – 7 km ) qatlarının neft-qazlılıq perspektivliyinin kompleks kriterilər əsasında araşdırılması;
Ayrı-ayrı neftlı-qazlı bölgələrdə çöküntü komplekslərinin rezervuarları, yayılma zonaları və onların neft-qazlılığı və onları örtən keçiriciliyi olmayan süxur örtüklərinin öyrənilməsi.
Neftli-qazlı rayonlarda aparılmış geoloji və geofizik kəşfiyyat işlərinin nəticələrinin təhlili;
Perspektivli sahələrdə axtarış-kəşfiyyat işləri layihələrinin tərtibi;
Axtarış-kəşfiyyat işlərinin elmi və metodik məsələlərinin işlənib hazırlanması və tətbiqi.
Üzvi maddələrin və süxurların geokimyasının öyrənilməsi;
Neftlərim geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi;
Təbii bitum yığımlarının geoloji yatım şəraitlərinin, onların xüsusiyyətlərinin və tərkiblərinin öyrənilməsi;
Karbohidrogen resurslarının qiymətləndirilməsi.
Kəşfiyyat və istismar sahələrində aparılacaq qazıma işlərinin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün litoloji-stratiqrafik və struktur-tektonik xüsusiyyətlərinin qiymətləndirilməsi;
Qazıma zamanı geoloji mürəkkəbləşmələrin qarşısını almaq və quyuların layihə dərinliyinə çatdırılmasını təmin etmək üçün tədbirlərin hazırlanması.