Quyuların əsaslı və cari təmiri
Fəaliyyət
istiqamətləri:
·
Mədənlərdə mövcud istismar quyular fondunun cari vəziyyətinə
nəzarət və ondan istifadənin səmərəliliyinin artırılması;
·
Dayanma səbəblərindən asılı olaraq quyuların fəaliyyətsizlikdən
istismara qaytarılması məqsədilə texniki-texnoloji tədbirlər kompleksinin
işlənilməsi;
·
Təmirlərin səmərəliliyinin artırılması məqsədilə texnoloji
tədbirlərin işlənməsi və tətbiqi;
·
Qəza vəziyyətinə düşən quyularda “pəncərənin” açılması ilə
ikinci lülənin qazılması texnologiyasının işlənməsi;
·
Qum tıxaclarının səmərəli təmizlənməsi və yuyulmasının texnoloji
sxemlərinin və qurğuların işlənməsi;
·
Yeraltı təmirlərin səmərəliliyinin artırılması məqsədilə
istifadə edilən avadanlıq və mexanizmlərin yeni modifikasiyasının işlənməsi;
·
Kompüter texnologiyalarının tətbiqi ilə yeraltı təmirlərin
texnoloji proseslərinin modelləşdirilməsi;
·
İntellektual sistemlərin tətbiqi ilə yeraltı təmirlərin optimal
planlaşdırılması.
Görülən
işlər:
·
İstismar kəmərinin 5500 m dərinliyində “pəncərə”-nin açılması
texnologiyası;
·
İstismar kəmərində “pəncərə” açma texnologiyası üçün müxtəlif
konstruksiyalı və ölçülü mərkəzləşdirici və istiqamətləndirici rayberlər, yastı
yanavericilər və əyrilik ölçən cihazlar işlənmişdir;
·
Yeraltı təmirlərin səmərəliliyinin artırılması məqsədilə
təkmilləşdirilmiş kanat asqısı, revers mexanizmi, hidrozərbə qurğusu
işlənmişdir;
·
Quyularda yaranmış bərk çöküntüləri və qum tıxacını yumaq və
təmizləmək üçün “AzNQSDETLİ-89” qurğusu işlənmişdir;
·
Quyularda baş vermiş qəzaların ləğvi üçün müxtəlif tip
avadanlıq, qurğu və alətlər işlənmişdir;
·
Qeyri bircins laylarda suların selektiv təcrid olunması
texnologiyası;
·
İstismar kəmərinin kipliyini bərpa etmək məqsədilə yeni tampon
materialları işlənmişdir;
·
Kəmərlərdə defektlərin aradan qaldırılması və zədələnmiş
hissələrin dəyişdirilməsi texnologiyası;
·
Qum tıxacı ləğvi üçün porşenli və avtomat jelonkaların xüsusi
konstruksiyası;
·
Qum tıxacının kombinə edilmiş üsul ilə yuyulması üçün xüsusi
yuyucu tərtibat;
·
Sıxılmış hava, aerasiya olunmuş maye, səthi-aktiv maddə
məhlulları və köpüklərlə quyuların təmizlənməsi texnologiyası;
·
Lay təzyiqi az olan quyularda qum tıxacının səmərəli
təmizlənməsini təmin edən avadanlığın işlənməsi və tətbiqi;
·
Quyularda qəza vəziyyətinin analizi və ikinci lülənin açılması
üçün texniki-texnoloji təkliflərin işlənməsi;
·
İstismar quyularının texnoloji iş rejimini tənzimləməklə
təmirlərarası müddətin artırılması tədbirlərinin işlənməsi.