____________________________________________________________________
Azərbaycan Respublikası Prezidentinin 20.07.2009-cu il tarixi 126 №-li “ARDNŞ strukturunun təkmilləşdirilməsi” fərmanının icrası ilə əlaqədar, ARDNŞ Prezidentinin 21.07.2009-cu il tarixi 95 №-li Əmrinə əsasən, iki institutun - “Elmi Tədqiqatlar” və “Neftqazlayihə” - birləşməsi nəticəsində - ARDNŞ-nin NİPİ "Neftegas" institutu yaradılmışdır.
İnstitutun 1300-dən çox əməkdaşı vardır, bu da mühüm layihələrin yerinə yetirilməsinə imkan verir. Bununla yanaşı olaraq institutun böyük elmi potensialı malikdir. Hal-hazırda, institutda 21 doktor və 107 elmlər namizədi işləyir, elmi-tədqiqat işlərinin əksəriyyəti ən yüksək dünya səviyyəsində aparılır və ixtira patentləri ilə təsdiq olunublar. İnstitutun mövcudluğu müddətində 1200-dən çox ixtiralar yaradılmışdır.
Yüksək elmi-texniki potensial və illər boyu toplanmış alimlərin və mütəxəssislərin zəngin təcrübəsi, müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleksli mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyəsində həllinin zəmanətidir. Neftin, qazın, suyun, süxurun, demulqatorların istifadəsi, qazıma məhlulların xassələrinin təyin edilməsi və başqa tədqiqatlar dünya standartlarına cavab verən müasir sertifikatlaşdırılmış cihazlarda və laborator qurğularda aparılır. İnstitut müasir kompyuter texnikası və problem-yönəldici proqram təminatı ilə təchiz olunub.
İllər boyu toplanmış məlumat bazası institutun sərvətlərindən biridir. 70 mindən çox kitab, 100 min çox elmi-texniki jurnallar və başqa nəşrlər institutun elmi-texniki kitabxanasında yerləşir. İnstitutun 50-dən artıq kəşfiyyat-layihə işlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən verilmiş lisenziyası vardır. İnstitutun layihə hissəsində keyfiyyətin idarəetmə sistemı İSO 9001:2008 DNV kompaniyası tərəfindən ilə sertifikatlaşdırılıb. Geologiya (axtarış, kəşfiyyat), neft və qaz yataqlarının işlənməsi sahəsində aparılan elmi-tədqiqat işləri İSO 9001:2008 SGS kompaniyası sertifikatlaşdırılıb.
NİPİ “Neftegas” -ın dünyanın həm iri, həm də kiçik neft şirkətləri ilə zəngin iş təcrübəsi vardır.
Haqqımızda

______________________________________________________
- ARDNŞ, Azərbaycan
- Aker Rauma Offshore, Finlyandiya
- Addax Petroleum, Аvstriya
- BP, Böyük Britaniya
- Boss Shelf, Fransa
- CB&I , ABŞ
- Fluor Ltd., ABŞ
- GDFSUEZ, Fransa
- JGS corporation, Yaponiya
- JP Kenny, ABŞ
- KBR Inc., ABŞ
- Kvaerner-Smedwig, Norveç
- Lukoil Overseas Holding Ltd. - Rusiya
- McDermott Caspian Contractors, Inc. (MCCI) - ABŞ
- Middle East Petrol, BƏƏ
- MI Drilling Fluids - ABŞ
- Merichem Chemical & Refinery Services LLC – ABŞ
- Takfen construction and installation Co. Inc. - Türkiya
- Technip Coflexip, Fransa
- Total, Fransa
Sifarişçilər
_______________________________________________________________
- AVEVA Solutions Limited , Вöyük Britaniya
- Autodesk, ABŞ
- Bentley Systems, ABŞ
- DNV, Norveç
- SGS, İsveç
- Bureau Veritas, Fransa
- Landmark Graphics Corporation / Halliburton International Inc.
- Linde AG, Almaniya
- Roxar AS, Norveç
- Schlumberger Ltd / Caspian GeoMarket (CAG)– ABŞ
- Solar Turbines Incorporated, ABŞ
- НЦ РИТ, Rusiya
о
д
Əməkdaşlıq