Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və
təhlili
Fəaliyyət
istiqamətləri
·
Yataqların işlənməsi üçün layihə-texniki sənədlərinin işlənməsi;
·
Yataqların işlənməsinə müəllif nəzarəti;
·
Yataqların işlənməsinin layihələndirilməsi üçün mühəndis-geoloji
axtarış-kəşfiyyat işləri, texnoloji və texniki-iqtisadi göstəricilərin
təyini, qazıma işlərinin aparılmasının təşkili;
·
İşlənilən yataqların geolo-texnoloji modellərinin yaradılması;
·
Yataqların işlənməsinin cari vəziyyətinin monitorinqi;
·
İşlənilən yataqların texnoloji və iqtisadi göstəricilərinin
proqnozlaşdırılması;
·
İşləyən və qazılan maili psevdohorizontal və horizontal
quyuların hidrodinamiki modellərinin analitik əsaslandırılması;
·
Neft və qaz ehtiyatlarının çıxarılmasının və reallaşdırılmış yatagın
işlənməsi sistemlərinin effektivliyin təhlili.
Görülən işlər
·
İşlənmənin təhlili əsasında layihə göstəricilərinin yerinə
yetirilməsini təmin edən tədbirlərın hazırlanması;
·
Neftvermənin ikinci və üçüncü dərəcəli üsullarının tətbiqindən
alınan səmərəliliyin müəyyən edilməsi və bu prosesin yaxşı aparılması məqsədilə
tədbirlərin tövsiyyə olunması;
·
Yatağın işlənməsinin layihələndirilməsi zamanı vacib sayılan
mühəndisi-geoloji axtarış-kəşfiyyat işlərinin yerinə yetirilməsi, texnoloji və
texniki-iqtisadi göstəricilərin müəyyən edilməsi, qazıma işlərinin təşkili və
aparılması;
·
Quyu şəbəkəsinin sıxlığı, illər üzrə daxil edilən platformaların
sayı və tempi, hasilat və suvurucu quyuların qazımadan çıxarılma tempi, bu
quyuların işlənmə rejimləri, təsir üsulları və s. ilə fərqlənən yatağın
işlənməsinin variantlar üzrə müəyyən olunması;
·
Təcrubi-sənaye istismarın texnoloji sxeminin variantlar üzrə
baxılması;
·
NÇƏ-nı təsdiq etmək üçün texnoloji və texniki-iqtisadi
hesablamaların variantlar üzrə aparılması; qazkondensat yatağının qazverməsinin
təhlili əsasında proqnoz dövründə işlənmənin texnoloji və texniki-iqtisadi
göstəricilərlə hesablanması;
·
Neftçıxarma əmsallarının qiymətləndirilməsi üçün petrofiziki və
geoloji-istismar xüsusiyyətlərinə əsaslanaraq, statistik və hidrodinamik
hesablamaların müxtəlif üsullarından istifadə edilməsi;
·
Yataqlarda işləyən və gələcəkdə qazılacaq maili psevdohorizontal
və horizontal quyuların hidrodinamiki modellərinin analitik əsaslandırılması.