________________________________________________________________________________________________________________

Fənn: Plitələr tektonikası, tektonist
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: Y.e.d., Bəylər Aslanov
Bu intensiv üç günlük baza kursları neft-qaz yataqlarının yaranmasında, miqrasiyasında, generasiyasında və formalaşmasınada tektonik hərəkətlərin, xüsusən plitələr tektonikasının əsas rollarını özündə cəmləyir.
Tədris edilən mövzular, Plitələr tektonikası, kontinental və okean tipli Yer qabığında bu hərəkətlərin təsiri, okeanların passiv və aktiv abissal zonaları.
Kursun iştirakçıları tektonik hərəkətlər haqqında biliklər və ümumi əsasları öyrənib əldə edəcək, sonda isə elmi-tədqiqat laboratoriyasında aparılan təcrübələrlə əyani tanış olacaqlar.
Nəzərdə tutulur:
Bu sahədə çalışan mühəndislər, elmi işçilər və texniklər üçün nəzərdə tutulur.
Öyrəniləcək material :
• Geoloji-geofiziki məlumatlarının toplanması
• Toplanmış materialların analizi və qiymətləndirilməsi
• Tektonik prosesləri nəzərə almaqla neftgeoloji rayonlaşdırma
• Neft-qazın perspektiv axtarışı haqında təəssürat
Kursun tərkibi:
• Geoloji-geofiziki materialların sistemləşdirilməsi üzrə ümumi məlumat
• Tektonik kriterilər nəzərə alınmaqla geoloji-geofiziki materialların sistemləşdirilməsi
• Məlumatların geoloji dəyərləndirilməsi və neft-qaz axtarışında perspektiv istiqamətlərin əsaslandırılması
Tədrisi aparan təlimatçı haqqında:
Bəylər Süleyman oğlu Aslanov M.Əzizbəyov adına Neft və Kimya institutunu (hal-hazırada Azərbaycan Dövlət Neft Sənaye Universiteti) bitirmişdir. Ölkə daxili və xaricdə nəşr olunan 100-dən elmi işi, o cümlədən 4 monoqrafiyası var, Beynəlxalq Konfransların iştirakçısı olub.
Əmək fəaliyyəti: 41 il, hal-hazırda SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunda çalışır.
Azərbaycan və rus dillərini bilir. Lüğətdən istifadə etməklə fransız və ingilis dillərində verilən mətni izah edir.
Hal hazırda laboratoriya müdiri vəzifəsində çalışır. Bakı Dövlət Universiteti, “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının professorudur.
Kursun keçirilmə yeri:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.
Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.
Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a
Plitələrin tektonikası
İşdirak etmək üçün "Təlimdə iştirak" "Təlimdə iştirak" düyməsinə basın və növbəti mərhələni doldurun
 
 
 
 
 
