avtomatik İdarəetmə sistemləri - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Avtomatik İdarəetmə sistemləri
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçılar: t.e.n İlhami Süleymanov, Səməd Hüseynov, Səadət Süleymanova

Bu intensiv baza kursları sənayedə istifadə olunan informasiya texnologiyaları və müasir
idarəetmə sistemlərinin əsasları, onların tərkibi, istifadəsi üçün zəruri olan metod və
üsullar haqda bilgilər verir. Kursun iştirakçıları neft, qaz sənayesində texnoloji
proseslərin avtomatlaşdırılması, sənaye kontrollerləri, proqramlaşdırılan-məntiqi
kontrollerlər və kompüter sistemlərinin tətbiqi ilə yaradılmış çoxsəviyyəli informasiyaölçmə,
nəzarət və idarəetmə sistemlərinin iş prinsipləri ilə tanış olacaqlar.

Nəzərdə tutulur:

“Avtomatik idarəetmə sistemləri” kursu ilk növbədə nəzarət ölçmə və idarəetmə
sistemlərin işlənməsi, layihələndirilməsi, tətbiqi və istismarı sahəsində çalışan
mühəndislər, layihələndirmə institutlarında işləyən mühəndis və layihəçilər üçün
nəzərdə tutulub. Eyni zamanda ali məktəb tələbələri və maqistraturalarda istehsal
proseslərinin avtomatıaşdırılması ixtisası üzrə təhsil alan tələbə və maqistrlər üçün də
bu kurs praktiki əhəmiyyət kəsb edəcəkdir.

Öyrəniləcək material:

İdarəetmə sistemin arxitekturası, elementləri, tərkibi, neft, qaz sənayesi
obyektlərində istifadə olunan sənaye kontrollerlərinin əsasları, təsnifatı,
proqramlaşdırılan məntiqi kontrollerlər (PLC), idarəetmə sistemərinin aparat və
dispetçer səviyyəsində isifadə olunan tətbiqi proqramların işlənməsi üçün
proqramlaşdırma sahəsində zəruri olan biliklərin əsasları, müasir informasiya
texnologiyalarının avtomatlaşdırılmada tətbiqi, SCADA (Dispetçer nəzarəti və
idarəetmə sistemləri)

Kursun tərkibi:

• İdarəetmə sistemlərinin arxitekturası, Sənaye şəbəkələri və interfeysləri,
İnternet texnologiyaların tətbiqi;
• Kontrollerlər;
• Təhlükəli obyektlərin avtomatlaşdırılması, Aparat yolu ilə ehtiyatlı system
yaradılması;
• Proqram Təminatı – Proqram vasitələrinin inkişafı, Verilənlər Bazası;
• IEC 61131-3 standartında proqramlaşdırma, SCADA funksiyalı proqram təminatı
haqda.

Tədrisi aparan təlimçi haqqında:

1. Süleymanov İlhami Allahverdi oğlu
Moskva Neft, Kimya və Qaz Sənayesi İnstitutunun Avtomatlaşdırma və
Hesablama Fakultəsini 1983-cü ildə bitirmişdir, İnformasiya ölçmə və İdarəetmə
Sistemləri ixtisası üzrə Texnika Elmləri namizədidir. 1983-2010-cu illərdə Müdafiə
Sənayesi Nazirliyinin “Neftqazavtomat” Elmi-istehsalat Müəssisəsində mühəndis, elmi
işçi, “İntellektual Sistemlər və diaqnostik qurğular” şöbəsinin müdiri vəzifələrində
çalışmışdır. 2010-cu ildən “Neftqaelmitədqiqatlayihə” İnstitutunda baş mühəndisin
Avtomatlaşdırma və İnformasiya Texnologiyaları sahəsində layihələndirmə üzrə müavini
vəzifəsində çalışır. 20-dən çox elmi məqalə müəllifidir. İdarəetmə qurğuları və sistemləri
üzrə aparılmış elmi-tədqiqat, konstruktor və layihələndirmə işlərinə rəhbərlik edilməsi
və məsul-icraçı olaraq çoxsəviyyəli idarəetmə sistemlərinin yaradılmasının bilavasitə
iştirakçısı kimi çoxillik təcrübəyə malikdir.

2. Hüseynov Səməd Namik oğlu
Azərbaycan Neft Akademiyasını “İnformasiya - ölçmə texnikası və texnologiyası”
ixtisası üzrə 2010-ildə bakalavr, 2012-ci ildə isə maqistr dərəcəsi üzrə təhsilini başa
çatdırmışdır. 2012-2013 illərdə Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma”
zavodunda Elektronika üzrə Mühəndis-konstruktor vəzifəsində işləmişdir. 2013-cü ildən
“Neftqaelmitədqiqatlayihə” İnstitutunda “Avtomatlaşdırma və İnformasiya
Texnologiyaları” şöbəsində 14-cü dərəcəli-mühəndis vəzifəsində işləyir.
Proqramlaşdırılan məntiqi kontrollerlər bazasında idarəetmə sistemlərinin
layihələndirməsi üzrə işlərdə aparıcı mütəxəssis kimi çalışır.

3. Süleymanova Səadət Vəli qızı
Moskva Neft, Kimya və Qaz Sənayesi İnstitutunun Avtomatlaşdırma və
Hesablama Fakultəsini 1985-cü ildə bitirmişdir. 1985-1989-cu illərdə “NORD” Elmitədqiqat
Müəssisəsində, 1989-2012-cu illərdə isə Müdafiə Sənayesi Nazirliyinin
“Neftqazavtomat” Elmi-istehsalat Müəssisəsində mühəndis-proqramçı vəzifəsində
çalışmışdır. 2013-cu ildən “Neftqaelmitədqiqatlayihə” İnstitutunda “Avtomatlaşdırma və
İnformasiya Texnologiyaları” şöbəsində 14-cü dərəcəli mühəndis-proqramçı vəzifəsində
çalışır. SCADA funksiyalı tətbiqi proqramların layihələndirilməsi üzrə aparılan işlərdə
aparıcı mütəxəssis kimi çalışır. Obyekt yönümlü proqramlaşdırma sahəsində çoxillik
təcrübəyə malikdir.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön