________________________________________________________________________________________________________________

Fənn: Qazların sıxılması və kompressor stansiyalarıSəviyyə: Baza, ümumi əsaslarMüddət: 5 günTəlimatçı: İlqar BabayevMəşgələlər zamanı söyləniləcək mühazirələr qazların sıxılmasına, onların sıxılmasıüçün tətbiq edilən kompressor aqreqatlarına, bu cür aqreqatlardan ibarət olan kompressorstansiyalarının layihələndirilməsinə və istismarına həsr ediləcək.Nəzərdə tutulur:Məşqələlər, qazların sıxılaraq nəql edilməsi üçün tətbiq edilən kompressoraqreqatlarından ibarət kompressor stansiyalarının layihələndirilməsində, tikintisində vəistismarında iştirak etmək üçün hazırlanan (maarifləndirilən) mütəxəssislər auditoriyası üçüntəşkil edilir.Eyni zamanda, kompressor stansiyalarının istismarı və idarə edilməsində iştirak edənbaşqa mütəxəssislərin də bu işlərlə əlaqədar baza biliklərinə malik olmaları vacibdir.Tanışlıq material:• Qazların təzyiqindən asılı olan texnoloji parametrlərin dəyişməsi və kompressorlarlasıxılan qazlara qoyulan tələblər;• Kompressorların növləri, iş prinsipləri və tətbiq sahələri;• Kompressor stansiyalarının tərkibi;• Kompressor stansiyalarında istifadə edilən avadanlıqlarının təyinatı və onların işprinsipləri;• Kompressor stansiyalarının tikintisi üçün avadanlıqların təyin edilməsi və seçilməsiqaydaları;• Kompressor stansiyalarında texnoloji boru kəmərlərinin hesablanması qaydaları;• Kompressor stansiyalarında soyutma sistemləri və onların növləri;• Kompressor stansiyalarının təhlükısiz istismarı.Kursun tərkibi:• Qazların normal, standart və işçi şəraitdə sərfi anlayışları barədə məlumat;• Qazların təzyiqinin dəyişməsi zamanı temperatur xassələrinin dəyişməsiqanunauyğunluqları;• Kompressorların növləri, konstruktiv xüsusiyyətləri, iş prinsipləri və tətbiq sahələribarədə qısa məlumat;• Kompressor stansiyalarının layihələndirilməsi üçün tələb edilən məlumatlar;• İş şərainindən asılı olaqaq tətbiq ediləcək kompressorların seçilməsi;• Kompressorların yerləşdirilməsinə və quraşdırılmasına qoyulan tələblər;• Kompressor stansiyalarında istifadə edilən avadanlıqlarındilən kompressor aqreqatlarından asılı olaraq soyutma sistemlərinin təyinedilməsi;• Soyutma sistemləri üçün tətbiq edilən avadanlıqlar, onların seçilməsi vəhesablanması;• Kompressor stansiyalarının istismarı zamanı mürəkkəbləşmələr;• Aqreqat və stansiya avtomatikası anlayışları, məsafədən nəzarət və idarəetmə;• Kompressor stansiyalarının şam və drenaj sistemləri;• Kompressor stansiyasının istismarı zamanı əmək təhlükəsizliyi və yanğındanmühafizə tədbirləri.Tədrisi aparan təlimçi haqqında:İlqar Babayev, “Neftqazelmitədqiqatlayihə” institutunun “Kompressor təsərrüfatı”şöbəsinin rəisi. SOCAR-ın tabeçiliyində olan müəssisələrdə kompressor stansiyalarınınyenidənqurulması və yenidən tikintisi layihələndirilməsində və tikintisində layihələrin başmühəndisi kimi iştirak edib. “Neftqazelmitədqiqatlayihə” institutunundan əvvəl, SSRİ-nin neftmədənavadanlıqlarının layihələndirilməsi sahəsində aparıcı müəssisələrindən olan“AzİNMAŞ” institutunda aparıcı konstruktor vəzifəsində işləyib. Ondan artıq icadı və iyirmidənartıq səmərələşdirici təklifin müəllifidir. “AzİNMAŞ” institutunda işləyən zaman Amerika,Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna firmalarının sifarişləri ilə yerinə yetirilən konstruktorlayihələrində iştirak edib.Kursun keçirilmə yeri:«Neftqazelmitədqiqatlayihə» İnstitutuBütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinininstitut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;e-mail: office.ogpi@socar.az.Ünvan:«Neftqazelmitədqiqatlayihə» İnstitutuAZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a
İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması
İşdirak etmək üçün "Təlimdə iştirak" "Təlimdə iştirak" düyməsinə basın və növbəti mərhələni doldurun
 
 
 
 
 
