korroziya və onunla mübarizə üsulları - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Korroziya və onunla mübarizə üsulları
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
İnstruktorlar: Dos.Famil Vəliyev, k.ü.f.d.Elşən Sultanov

Bu kurs neft və qazın hasilatı, saxlanması və nəqli zamanı baş verən korroziya
proseslərinin əsas səbəblərini, monitorinqini və onunla mübarizə üsullarını əhatə edir.
Təqdim olunan kursda korroziya prosesinin mexanizmlərinə və onun formalarına
baxılacaqdır. İştirakçılar verilmiş şəraitdə, korroziya göstəricilərini fiziki və kimyəvi
analizlərin nəticələrinə əsasən qiymətləndirəcəklər; müxtəlif şəraitlərdə korroziyadan
mühafizə üçün material və örtüklərin seçilməsinə yanaşma (eyni zamanda NACE
MR0175/İSO 15156 istifadə etməklə); katod mühafizəsinin tətbiq edilməsi, katod
mühafizəsinin tipinin seçilməsi, cari tələblərin qiymətləndirilməsi və katod mühafizəsi
sisteminin prinsipinin qurulması kimi məsələlər nəzərdən keçiriləcəkdir. Eyni zamanda
iştirakçılar, müxtəlif sistemlər üçün korroziya inhibitorlarının seçilməsi və tətbiq
edilməsinı, korroziya üzrə monitorinq üsullarının seçilməsi və tətbiq olunmasını
öyrənəcəklər. Kursun iştirakçıları korroziya prosesləri və onunla mübarizə üsulları
haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, istehsalat prosesində baş verə
biləcək korroziya problemlərinin nəticələrini aradan qaldırılması haqqında baza
biliklərinə sahib olacaqlar.

Nəzərdə tutulur:

Kurs neft və qazın çıxarılması, emalı, nəqli prosesində korroziya proseslərini və onun
idarə olunması məsələlərini bilməli olan menecerlər, mühəndislər, kimyaçılar və
operatorlar üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Korroziyanın kimyəvi əsasları
• Neftin qazın çıxarılması, emalı və nəqli sistemlərində yaranan korroziyanın əsas
mexanizmləri
• Hidrogen sulfid(H2S) və onun təhlükələri
• Korroziya nəticəsində dəyən ziyanın müxtəlif tipləri
• Korroziyadan mühafizə üçün materialların seçilməsi
• Katod mühafizəsinin tətbiqinin bəzi üsulları
• Korroziya inhibitorların seçilməsində yeniliklərin tətbiq olunması
• Korroziyanın nəzarət üsullarının üstün və çatışmayan cəhətləri
• Korroziya proseslərinin idarə olunma strategiyası

Kursun tərkibi:

• Korroziya nəzəriyyəsinin əsasları
• Korroziyanın əsas səbəbləri (O2, CO2, H2S, mikrobioloji korroziya)
• Hidrogen sulfid(H2S), onun təhlükələri və təmizlənmə üsulları
• Korroziyanın növləri
Materialların seçilməsi
• Nefin və qazın nəqli zamanı boru kəmərlərinin korroziyası
• Mühafizə örtükləri
• Katod mühafizəsi
• Korroziya inhibitorları
• Monitorinq və korroziyaya nəzarət
• Korroziyanın idarə olunma strategiyası və xidmət müddəti boyunca sərf olunan
xərclər

Tədrisi aparan təlimçi haqqında:

• Dosent, kimya elmləri namizədi Famil Qələndar oğlu Vəliyev SOCAR-ın
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Korroziyadan mühafizə” şöbəsinin
rəisidir. 60-a qədər elmi əsərin müəllifidir. Onun elmi əsərləri dünyanın aparıcı
jurnallarında (Chemistry of Materials, Chemical Communications, Organic &
Biomolecular Chemistry, Journal of the Iranian Chemical Society, Journal of the
Chinese Chemical Society))dərc olunmuşdur.
• Kimya üzrə fəlsəfə doktoru Elşən Feyruz oğlu Sultanov SOCAR-ın
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Korroziyadan mühafizə” şöbəsinin
aparıcı elmi işçisidir. 20-dən artıq elmi əsərin müəllifidir.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön