boru kəmərləri - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Boru kəmərləri
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: t.f.d. Hüseyn Məmmədov

Bu intensiv beş günlük baza kursları boru kəmərləri ilə nəqlin əsaslarını özündə
cəmləyir.
Mövzular, magistral boru kəmərlərinin nəqlinin əsaslarını, eləcə də inkişaf tarixini, boru
kəmərlərinin nəqlinin texnika, texnologiya və avadanlıq dəstlərini əhatə edir.
Kursun iştirakçıları, boru kəmərləri ilə nəqlin əsaslarının zəruri biliklərini öyrənib əldə
edəcəklər.

Nəzərdə tutulur:

Mühəndislər, layihəçilər və texnik-operatorlar, texniki şərtlərin işlənilməsində və boru
kəmərlərinin istismarı sistemlərində, layihələndirmədə və kəmərlərin tikintisində fəal
iştirak edənlər üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Boru kəmərlərinin inkişaf tarixi haqqında qısa məlumat
• Boru kəmərlərinin təsnifatı
• Magistral boru kəmərlərinin avadanlıq dəsti
• Magistral boru kəmərlərinin qoşulma nöqtələri
• Boru kəmərlərinin daxilinin təmizlənmə üsulları
• Boru kəmərlərinin korroziyadan mühafizə üsulları
• Boru kəmərlərinin layihələndirilməsinin düzgün yanaşılma üsulları
• Geoloji, hidroloji və geofiziki-coğrafi mühəndisi-kəşfiyyat işlərinin ümumi
müddəaları
• Məhsulun nəqli zamanı itkilərin aradan qaldırılması üçün tədbirlər

Kursun tərkibi:

• Boru kəmərlərinin inkişaf tarixi haqqında qısa məlumat
• Boru kəmərləri ilə nəqlin inkişafı
• Magistral boru kəmərlərinin təsnifatı
• Magistral boru kəmərlərinin avadanlıq dəsti
• Magistral boru kəmərlərinin xətti hissəsi üzrə nəzərdə tutulan qurğular haqqında
məlumatlar və əsaslandırmalar
• Vurma-nəql stansiyalarının əsas avadanlıqları
• Magistral boru kəmərlərinin qoşulma nöqtələri
boru kəmərləri üçün rezervuarlar parkı və təyinatı
• Boru kəmərlərində axın zamanı məhsulun ölçülməsi və nəzarətin aparılma
üsulları
• Boru kəmərlərinin yüklənmə təzyiqindən mühafizə üsulları
• Boru kəmərlərinin daxilinin təmizlənmə üsulları
• Boru kəmərlərinin korroziyadan mühafizəsi üsulları
• Məhsulun nəqlinin əlverişli üsulunun seçilməsi
• Magistral boru kəmərlərinin layihələndirilməsi ardıcıllığı
• Trasın və qoşulma nöqtələri üzrə mühəndisi-axtarış işlərinin aparılması
• Boru kəmərinin dəhlizinin seçilməsi üsulları
• Neft və neft məhsullarının yığıldığı rezervuarların təsnifatı
• Qazın, neftin və neft məhsullarının nəqli zamanı itkilərin əmələ gəlmə
səbəblərinin araşdırılması və itkilərin aradan qaldırılması üsulları
• Magistral boru kəmərlərinin təhlükəsiz istismarı və risklərin idarə olunması
barədə

Tədrisi aparan təlimçi haqqında:

Hüseyn Vasif oğlu Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasının “Boru
kəmərlərinin texnikası” ixtisası üzrə bitirmiş. 18 ildən artıq neft-qaz sənayesində elmitədqiqat,
layihələndirmə və neft, neft məhsulları və qaz kəmərlərinin layihələndirilməsi,
tikintidə müəllif nəzarətinin aparılması istiqamətində təcrübəyə malikdir. Ölkə daxili və
xaricdə ümumilikdə, 5 konfransın 1-ci dərəcəli diplomu, 32 məqalənin, 2 rəhbər sənədin,
1 kitabın, 2 patentin, istehsalatda və tədrisdə istifadə olunan 10 Tətbiq Aktının və 100dən
artıq layihənin baş mühəndisi olub. Texnika üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyəti, 5 il AzİNMAŞ (Elmi tədqiqat Layihə İnstitutunda); 2003-cü ildən bu
günə qədər «Neftqazelmitədqiqatlayihə» İnstitutunda çalışır, mühəndis vəzifəsindən
başlayaraq 4 ildən artıqdır ki, Boru kəmərləri şöbəsinə başçılıq edir.
İstehsalat təcrübəsi ilə əlaqədar xarici ölkələrdə əmək fəaliyyəti illər üzrə:
Birləşmiş Ərəb Əmirliyi (Dubay) 2011; Qazaxstan (Aktau, Atrau və Tengiz) 2012;
McDermott 2013, Gürcüstan (Kulevi) 2014 və Ukrayna (Kiyev) 2015.
Əmək fəaliyyəti ilə iştirak etdiyi xarici şirkətlər: Caspian engineering. BP Azərbaycan,
McDermott, AzACG, EnertoCon, PV engineering və b.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön