________________________________________________________________________________________________________________

Fənn: Neftin nəql prosesinə hazırlanmasıSəviyyə: Baza, ümumi əsaslarMüddət: 5 günTəlimatçı: t.e.n., dosent Natiq SəfərovBu intensiv beş günlük baza kursları neftin nəqlə hazırlanması prosesininəsaslarını özündə cəmləyir.Tədris edilən mövzular, yataqlardan hasil edilən müxtəlif çeşidli neftlərin nəqləhazırlanması prosesinin mahiyyəti, zərurəti və hazırlanma keyfiyyətinə qoyulan əsastələblər haqqında kursu əhatə edir.Kursun iştirakçıları neftin nəqlə hazırlanması barədə zəruri bilikləri və ümumiəsasları öyrənib əldə edəcək, sonda isə elmi-tədqiqat laboratoriyasında aparılantəcrübələrlə əyani tanış olacaqlar.Nəzərdə tutulur:Bu sahədə çalışan mühəndislər, operatorlar, texnik və laborantlar üçün nəzərdə tutulur.Öyrəniləcək material:• Neftin nəqlə hazırlanmasının zərurəti;• Neftlərin fiziki-kimyəvi göstəricilərinə qoyulan əsas tələblər;• Neftin qruplara ayrılması;• Neftin tərkibində suyun və kükürdün kütlə payının, xlor duzlarının, mexanikiqarışıqların, doymuş buxar təzyiqinin, asfalten, parafin, qətranların kütlə payınıntəyini ;• Su-neft emulsiyaları və onların növləri ;• Neftin sudan ayrılma üsulları ;• Deemulqatorlar barədə məlumat ;• Neftin qazsızlaşdırılması üsulları.Kursun tərkibi:• Neftin nəqlə hazırlanması ;• Hazırlanma keyfiyyətinə qoyulan əsas tələblər ;• Neftin tipinə qoyulan tələblər , onun sıxlığının və tərkibindəki kükürdünmiqdarının ASTM standartlara görə təyini ;• Su-neft emulsiyaları barədə məlumat ;• Neftdən suyun ayrılması üsulları ;• Neftin stabilləşdirilməsi (deqazasiyası) ;• Elmi-tədqiqat laboratoriyası ilə əyani tanışlıq;Tədrisi aparan təlimatçı haqqında:Natiq Muxtar oğlu Səfərov Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.20 ildən artıq neft-qaz sənayesində elmi-tədqiqat, neft-qaz məhsullarının keyfiyyətgöstəricilərinin təyini və sertifikatlaşdırılması, neft və qazın yığılması, hazırlanması vənəqli istiqamətlərində təcrübəyə malikdir. Ölkə daxili və xaricdə nəşr olunan 65 elmiişin, o cümlədən 2 rəhbər sənədin, 1 normativ sənədin , 1 kitabın, 10 patentin və 51məqalənin müəllifidir. Texniki elmər namizədi(1992) , dosentdir( 2010).Əmək fəaliyyəti: 5 il Azərbaycan Net akademiyasının “ Neft və qaz yataqlarınınişlənməsi və istismarı” laboratoriyasında mühəndis, elmi işçi, böyük elmi işçi, aparıcıelmi işçi, 1997-ci ildən bu günə qədər «Neftqazelmitədqiqatlayihə» İnstitutunda böyükelmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışır. Hazırda «Neft və qazın yığılması,hazırlanması və nəqli » laboratoriyasının aparıcı elmi işçisidir.Azərbaycan, rus və ingilis dillərini bilir. BP-nin neftçi-alimlər üçün təşkil etdiyi«British Counsil» ingilis dili və “Zygon Caspian Consulting” təşkilatının «İSO/APİ Q1standartları üzrə ikili sertifikasiya» kurslarını bitirmişdir.Əmək fəaliyyəti ilə əlaqədar əməkdaşlıq etdiyi müştərək müəssisə və əməliyyatşirkətləri : Suraxanı OYL, Salyan OYL, Neftçala OYL, Sirvan OYL, Binəqədi OYL,“Qarasu” ƏŞ, “Azgerneft” MM.Kursun keçirilmə yeri:«Neftqazelmitədqiqatlayihə» İnstitutuBütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinininstitut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;e-mail: office.ogpi@socar.az.Ünvan:«Neftqazelmitədqiqatlayihə» İnstitutuAZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a
İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması
İşdirak etmək üçün "Təlimdə iştirak" "Təlimdə iştirak" düyməsinə basın və növbəti mərhələni doldurun
 
 
 
 
 
