________________________________________________________________________________________________________________

Fənn: AvtomatlaşdırmaSəviyyə: Baza, ümumi əsaslarMüddət: 5 günTəlimatçılar: t.e.n Nizami Şəmsəddinov, Cavid Salamov, t.f.d Lətif MisirxanovBu intensiv baza kursları istehsal proseslərinin avtomatlaşdırmasında istifadə olunannəzarət ölçü cihazları (NÖC), icra mexanizmləri üzrə bilikləri, qazlama, yanğınsiqnalizasiyası və yanğınsöndürmə üzrə zəruri cihaz və avadanlıqlar barədəavtomatlaşdırma sahəsindəki mütəxəssislərin səviyyəsinin yüksəldilməsini, neft, qazsənayesi obyektlərinin avtomatlaşdırılmasının layihələndirilməsinin texniki təminatınınhəyata keçirilməsinə yardımçı olacaq.Nəzərdə tutulur:NÖC və Avtomatikanın əsasları kursu avtomatlaşdırma sahəsində istehsalatda çalışanmühəndislər, texnik-operatorlar, habelə layihələndirmə institutlarında işləyən layihəçilərüçün nəzərdə tutulub. Eyni zamanda ali məktəb tələbələri və maqistraturalarda istehsalproseslərinin avtomatıaşdırılması və ölçü texnikası ixtisası üzrə təhsil alan tələbə vəmaqistrlər üçün də bu kurs praktiki əhəmiyyət kəsb edəcəkdir.Öyrəniləcək material:• Texnoloji proseslərin avtomatlaşdırılmasında istifadə olunan nəzarət ölçücihazları;• İcra mexanizmləri haqda;• Yanğından və qazlanmadan mühafizə üçün siqnalizasiya sistemləri haqda• Yanğınsöndürmə sistemləri haqda;• Videomüşahidə sistemləri haqda.Kursun tərkibi:1. Avtomatlaşdırmada istifadə olunan əsas nəzarət ölçü cihazları:• Temperatur olçən cihazlar;• Təzyiq olçən cihazlar;• Səviyyə olçən cihazla;r• Sıxlıq olçən cihazlar;• Sərf olçən cihazlar;• Keyfiyyət olçən cihazlar;• İkinci cihazlar.2. İcra mexanizmləri:• Pnevmatik tənzimləyici klapanlar;• Elektrik tənzimləyici klapanlar;• Tənzimləyici klapanların iş prinsipi;• Təsir istiqmətlərinə görə tənzimləyici klapanların seçilməsi;• Tənzimləyici klapanların əsas tipləri;• Klapanların hesablanması üçün proqram təminatı;• Posisionerlərin iş prinsipi və əsas növləri;• Kəsici klapanlar.3. Yanğından və qazlanmadan mühafizə siqnalizasiya sistemləri:• Yangın aşkar edən detektorlar;• Qazlanmanı siqnallayan detektorlar;• Yanğından və qazlanmadan nəzarət qurğuları və sistemləri.4.Yanğınsöndürmə sistemləri5. Video müşahidə sistemləriTədrisi aparan təlimçi haqqında:1.Şəmsəddinov Nizami Ziyafəddin oğlu2000-ci ildə Sumqayıt Dövlət Universitetinin "Avtomatika və idarəetmə" fakultəsinibakalavr, 2002-ci ildə isə bu fakultədə " Elektron qurğuları” ixtisası üzrə maqistrdərəcəsi üzrə təhsilini başa vurmuşdur. 2009-cu ildə dissertasiya işini müdafiə edərək,texnika elmləri namizədi almlik dərəcəsinə yiyələnmişdir. 12 elmi məqalənin müəllifidir.2004-2010-cu illərdə Müdafiə Sənayesi Nazirliyinin “Neftqazavtomat” Elm-istehsalatMüəssisəsində “Elektron cihazları və qurğuları” elmi-tədqiqat labarotoriyasının müdirivəzifəsində, 2010-cu ildə Qaz İxrac idarəsində metrologiya üzrə mühəndis, 2010-cu ilinnoyabr ayından isə “Neftqaelmitədqiqatlayihə” İnstitutunda “Avtomatlaşdırma vəİnformasiya Texnologiyaları” şöbəsində rəis müavini vəzifəsində çalışır. Nəzarət və ölçücihazlarının, icra mexanizimlərinin, nəzarət və idarəetmə qurğuların, proqramlaşdırılanməntiqi kontrollerlərin neft, qaz sənayesi obyektlərinin avtomatlaşdırılması üçünlayihələndirilməsində, tətbiq və sazlanması üzrə işlərdə aparıcı mütəxəsis kimi çoxilliktəcrübəyə malikdir.2.Salamov Cavid Oqtay oğlu1994-cü ildə İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakultəsini bitirmişdir. HalhazırdaUkrayna Dovlət mülki-müdafiə Universitetinin Yangın TəhlükəsizliyiFakultəsində Maqistratura dərəcəsi üzrə (qiyabi) təhsil alır. 1998-ci ildən“Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Avtomatlaşdırma və İnformasiyaTexnologiyaları” şöbəsində mühəndis, 2010-cu ildən isə layihənin baş mühəndisivəzifəsində çalışır. Nəzarət və ölçü cihazlarının, qazlanma, yanğın siqnalizasiyası vəyanğınsöndürmə üzrə nəzarət və idarəetmə qurğularının neft, qaz sənayesiobyektlərinin avtomatlaşdırılması üçün layihələndirilməsində, tətbiq və sazlanması üzrəişlərdə aparıcı mütəxəsis kimi çoxillik təcrübəyə malikdir.3. Misrixanov Lətif Misirxanoviç2002-ci ildə Sumqayıt Dövlət Universitetinin "Avtomatika və idarəetmə"fakultəsinin bakalavr, 2004-cü ildə isə bu fakultədə "Texnoloji proseslərin və istehsalatınavtomatlaşdırılması" ixtisası üzrə maqistr dərəcəsi üzrə təhsilini başa vurmuşdur. 2011ciildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müdafiə etmidir.11 elmi məqalənin müəllifidir.2005-2006-cı ildə"Neftqazavtomat" EİM-də "Telemexaniki Komplekslər və Qurğular”Elmi Tədqiqat və Tətbiq şöbəsində mühəndis elektronçu vəzifəsində işləmişdir.08.2009-cu ildən 2012-ci ilədək "28 May" NQÇİ-nin Çilov adasında "İstehsalatProseslərin Avtomatlaşdırılması və Nəzarət Ölçü Cihazlarin" sexinin nəzarət ölçücihazları və atomatika üzrə sazlayıcı vəzifəsində işləmişdir. 2012-ci ildən“Neftqaelmitədqiqatlayihə” İnstitutunda “Avtomatlaşdırma və İnformasiyaTexnologiyaları” şöbəsində qrup rəisi vəzifəsində çalışır. Nəzarət və ölçü cihazlarının,icra mexanizimlərinin, nəzarət və idarəetmə qurğularının neft, qaz sənayesiobyektlərinin avtomatlaşdırılması üçün layihələndirilməsində, tətbiq və sazlanması üzrəişlərdə aparıcı mütəxəsis kimi coxillik təcrübəyə malikdir.Kursun keçirilmə yeri:«Neftqazelmitədqiqatlayihə» İnstitutuBütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinininstitut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.Əlaqə nömrələri: (99412) 521-19-57;Faks (99412) 521-15-15;e-mail: office.ogpi@socar.az.Ünvan:«Neftqazelmitədqiqatlayihə» İnstitutuAZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a
İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması
İşdirak etmək üçün "Təlimdə iştirak" "Təlimdə iştirak" düyməsinə basın və növbəti mərhələni doldurun
 
 
 
 
 
