risklərin dəyərləndirilməsi - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Risklərin dəyərləndirilməsi
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: magistr Namiq Abbasov

Bu intensiv beş günlük baza kursları risklərin dəyərləndirilməsinin əsaslarını özündə
cəmləyir.
Mövzular, risk nəzəriyəsinin müasir vəziyyətini, eləcə də xronoloji tarixini, risklərin idarə
olunması sisteminin beynəlxalq standartlarını və neftqazçıxarma müəssisələrində
risklərin idarə edilməsinin metodoloji aspektlərini əhatə edir.
Kursun iştirakçıları, risklərin aşkarlanması, təsnifləşdirilməsi və dəyərləndirilmə
əsaslarının zəruri biliklərini öyrənib əldə edəcəklər.

Nəzərdə tutulur:

Mühəndislər, layihəçilər və texnik-operatorlar, istismar sistemlərində, layihələndirmədə
və s. fəal iştirak edənlər üçün nəzərdə tutulub.

Öyrəniləcək material:

• Risklərin idarə olunması nəzəriyyəsinin müasir vəziyyəti;
• Risklərin idarə edilməsi sisteminin ümumi xarakteristikası;
• Risklərin idarə olunması sisteminin beynəlxalq standartları;
• Risk və qeyri müəyyənlik şəraitində qərarların qəbulu;
• Neft-qaz sənayesində əsas risklərin təsnifləşdirilməsi;
• Boru kəmərlərinin layihələndirilməsi timsalında risklərin təhlili;
• Risklərin idarə olunması mərhələləri.

Kursun tərkibi:

• Risklərin idarə olunması sisteminin tarixi haqqında qısa məlumat;
• Risklərin idarə olunması sisteminin məqsəd və vəzifələri;
• Neft-qazçıxarma müəssisələrində risklərin idarə edilməsinin metodoloji
aspektləri;
• Neft-qazçıxarma müəssisələrində risk növləri;
• Risklərin risk yaradan amillər üzrə təsnifləşdirilməsi;
• Risklərin aşkarlanması və qiymətləndirilmə üsulları;
• Risklərin idarə olunması üsulları;
• Risklərin idarə olunması üzrə praktiki tövsiyyələr;
• Neft-qaz sənayesində təhlükəsiz istismar və risklərin idarə olunması barədə
(Boru kəmərlərinin timsalında)
• Nəticələrin monitorinqi və risklərin idarə olunması sisteminin səmərəliliyinin
qiymətləndirilməsi.

Tədrisi aparan təlimçi haqqında:

Namiq Alik oğlu Abbasov, 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının
(ADNA) Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsinin “Marketinq neft emalı
neftkimya sənayesində” ixtisası üzrə bakalavr diplomuna yiyələnmişdir. 2004-cü ildə
ADNA-nın həmin ixtisas üzrə magistr dərəcəsini almışdır.
1998-ci ildə Azərbaycan Milli Aerokosmik Agentliyində mühəndis kimi iş
fəaliyyətinə başlamışdır. 2005-ci ildən isə “Dənizneftqazlayihə” DETLİ-də «İstehsalın
iqtisadiyyatı və təşkili» laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 2007-ci ildə
SOCAR-ın “Elmi Tədqiqatlar” İnstitutunda “Neft-qaz kompleksinin iqtisadi və sosial
problemləri” şöbəsində böyük elmi işçi vəzifəsində işləmişdir. 2009-cu ildən isə SOCARın
“Neftqazelmitədqiqatlayihə” institutunun (NQETLİ) “Layihələrin iqtisadi
qiymətləndirilməsi” şöbəsində Risklərin idarə edilməsi üzrə rəis müavini vəzifəsinə təyin
olunmuşdur.
2011-ci ildə NQETLİ-da yaradılmış “Risklərin idarə olunması” şöbəsində rəis
vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır.
O, Bakıda “İSO” 9001-2000” tələblərinə uyğun Keyfiyyətin İdarəetmə sisteminin
praktiki tətbiqi və daxili audit, “İnformasiya və innovasiya: beynəlxalq təcrübə və müasir
yanaşma”, “Risklərin idarə olunması praktikası ilə bağlı məsələlərin baxılması”, Risklərin
idarə edilməsi sistemi çərçivəsində “OHSAS 18001:2007- Əməyin Mühafizəsi və
Təhlükəsizliyinin İdarəetmə Sistemi”, “Vaxtın düzgün idarə olunması” və s. sığorta
sahəsində təlim və kurslarda iştirak etmişdir. Neft sənayesində işlədiyi 10 ildən artıq
müddət ərzində bir necə elmi-tədqiqat işlərinin məsul icraçısı olmuş və 10-dan artıq elmi
məqaləsi dərc etdirmişdir.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön