separasiya prosesi və neftin nəqlə hazırlanması - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Separasiya prosesi və neftin nəqlə hazırlanması
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: Ağamoğlan Cəfərov

Bu intensiv beş günlük baza kursları neftin separasiya olunması və nəqlə
hazırlanmasının əsaslarını özündə cəmləyir.
Mövzular, neftin separasiya olunması və nəqlə hazırlanmasının əsaslarını, inkişaf
tarixini, separasiya prosesinin texnika, texnologiya və avadanlıq dəstlərini əhatə edir.
Kursun iştirakçıları, separasiya prosesi və neftin nəqlə hazırlanması əsaslarının zəruri
biliklərini öyrənib əldə edəcəklər.

Nəzərdə tutulur:

Mühəndislər, layihəçilər və texnik-operatorlar, texniki şərtlərin işlənilməsində və neftin
separasiya olunması və nəqlə hazırlanması obyektlərinin istismarında,
layihələndirilməsində və tikintisində fəal iştirak edənlər üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Quyu məhsullarının yığılması separasiya olunması və nəqlə hazırlanması
sistemləri inkişaf tarixi haqqında qısa məlumat;
• Separasiya sistemində istifadə olunan avadanlıqlar təyinatı və onların iş
prinsipləri;
• Separasiya sistemi üçün avadanlıqların təyin edilməsi və seçilməsi qaydaları;
• Separasiya sistemində texnoloji boru kəmərlərini
arasiya sistemlərində istifadə olunan avadanlıqlar;
• Separatorlar və onların konstruktiv xüsusiyyətləri;
• İki fazlı separatorlar;
• Üç fazlı separatorlar;
• Neftin hazırlanması qurğularının texnoloji sxemləri;
• Neft çənləri parkı.

Tədrisi aparan təlimatçı haqqında:

Ağamoglan Əhrasib oğlu Cəfərov,M.Əzizbəyov adına Azərbaycan Neft və kimya
İnstitutunun “Neft və qaz mədənlərinin maşın və avadanlıqları”(neft-mexanika) ixtisasını
bitirmişdir. 27 ildən artıq neftqaz sənayesində elmi-tədqiqat, layihələndirmə və neft-qaz
avadanlıqlarının, neft və qaz yataqlarının abadlaşdırılması obyektlərinin
layihələndiriməsində, tikintisinə müəllif nəzarətinin aparılması istiqamətində təcrübəyə
malikdir.
Əmək fəaliyyəti, 12 il “XKB Neftmaş” (Elmi tədqiqat və konstruktor bürosu); 2000-ci
ildən bu günə qədər «Neftqazelmitədqiqatlayihə» İnstitutunda çalışır, mühəndis
vəzifəsindən başlayaraq 6 ildən artıqdır ki, “Neft və qaz yataqlarının abadlaşdırılması
şöbəsinə başçılıq edir.
“Neftqazelmitədqiqatlayihə” institutunun “Neft və qaz yataqlarınınabadlaşdırılması”
şöbəsinin rəisi. SOCAR-ın tabeçiliyində olan müəssisələrdə yeni qazılan neft və qaz
quyularının abadlaşdırılması və yenidən tikintisi layihələndə layihələrin baş mühəndisi
kimi iştirak edib. “Neftqazelmitədqiqatlayihə” institutunundan əvvəl, SSRİ-nin neftmədən
avadanlıqlarının layihələndirilməsi sahəsində aparıcı Xüsusi konstruktor
bürolarından olan “XKB Neftmaş”-da konstruktor vəzifəsində işləyib.
İstehsalat təcrübəsi ilə əlaqədar xarici ölkələrdə əmək fəaliyyəti illər üzrə:
Ukrayna (Kiyev) 2011,Fransa(Paris) 2015.
Əmək fəaliyyəti ilə iştirak etdiyi xarici şirkətlər: Caspian engineering. BP Azərbaycan,
McDermott, AzACG, EnertoCon,KBR, PV engineering və b.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57; Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a



İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön