emal müəssisələrində layihə-konstruktor işlərinin hazırlanması - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Emal müəssisələrində layihə-konstruktor işlərinin hazırlanması
Səviyyə: Baza,ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: Əliyev Ehtiram Əjdər oğlu

Bu intensiv beş günlük baza kursları Emal müəssisələrində layihə-
konstruktor işlərinin əsaslarını özündə cəmləşdirir.
Tədris edilən mövzular, emal müəssisələrinin layihə- konstruktor işlərinin
təşkili, hazırlanması, onun zərurəti və hazırlanma keyfiyyətinə qoyulan əsas
tələblər haqqında kursu əhatə edir.
Kursun iştirakçıları emal müəssisələrində layihə-konstruktor işləri barədə
zəruri bilikləri və ümumi əsasları öyrənib əldə edəcəklər.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndislər üçün nəzərdə tutulub.

Öyrəniləcək material :

• Emal müəssisələrində layihə- konstruktor işlərinin təşkili
• İlkin emal qurğuları
• Neftqaz emalı obyektləri üzrə layihə- konstruktor işlərində dünya
standartlarının tələbləri
• Keyfiyyət standartları
• Layihələrin işlənməsi üçün texniki iqtisadi əsaslar
• Texniki sənədlər haqqında

Kursun tərkibi :

• Layihə- konstruktor işlərinin hazırlanması
• Neft. Neft məhsulları
• Emal prosesləri
• Emal müəssisələrinin aparatları, onların konstruksiyalarına qoyulan tələblər
• Avadanlıqlar. Nasoslar
• İSO 9001: 2008 keyfiyyət standartları
• Layihə -konstruktor işlərində mexaniki quraşdırma işləri
• Texniki iqtisadi əsaslar barədə məlumat

Tədrisi aparan təlimatçı haqqında:

Ehtiram Əjdər oğlu Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının
əyani şöbəsini 1996-cı ildə bitirmişdir. 18 il Heydər Əliyev adına Neft Emalı
Zavodunda 55 saylı katalitik krekinq qurğusunda çilingər, usta, bölmə mexaniki,
23 saylı sahə üzrə “ Layihə konstruktor və smeta mərkəzi”ndə mühəndis, rəis
müavini və rəis vəzifəsində işləmişdir.
2015-ci il iyun ayından “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “ Emal
müəssisələrində layihə-konstruktor işlərinin təşkili ʺ şöbəsinin rəisi vəzifəsində
çalişır.

Kursun keçirilmə yeri:

“Neftqazelmitədqiqatlayihə” İnstitutu
Bütün kurslar İnstitutun daxilində prezentasiya formasında keçirilə bilər.
Həmçinin institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri : (99412) 521-19-57;
Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az

Ünvan :
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
AZ 1012, Bakı şəhəri, H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön