istehsalatda mühəndis kommunikasiyaları əsasları - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: İstehsalatda mühəndis kommunikasiyaları əsasları
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: MK şöbəsinin rəisi Hüseynağa Quliyev

Bu intensiv 5 günlük baza kursları İstehsalatda mühəndis
kommunikasiyalarının əsaslarını özündə cəmləyir. Tədris olunan mövzular kimya,
neftkimya və neft emalı istehsalatında avadanlıqlar, tutumlar, separatorlar,
nasoslar, nəql xəttlərinə qoyulan tələblər və onların keyfiyyətləri haqqında kursu
əhatə edir.
Kursun iştirakçıları avadanlıqlar, onların quraşdırılması və istismarına
qoyulan tələbləri öyrənib, istehsalatda əyani şəkildə tətbiqiylə əyani tanış
olacaqlar.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndis və texniklər üçün nəzərdə tutulur.
Öyrəniləcək material
• Avadanlığın yerləşmə planı;
• Aparatların konstruktiv həlli;
• Tutum avadanlığı;
• Separatorlar;
• Rektifikasiya kolonları;
• Nasoslar.

Kursun tərkibi:

• Layihə eskizlərində avadanlıqların yerləşdirilməsi;
• Layihələrdə keyfiyyətə qoyulan əsas tələblər;
• Standartlara riayyət olunması;
• Qurğular haqqında ümumi məlumatlar;
• Qurğularda nəql xəttlərinin yerləşməsi;
• Qurğuların işinin tənzimlənməsi;
• Avadanlıqların yerləşməsinin əyani göstərilməsi;

Tədrisi aparan təlimatçı haqqında:

H. Quliyev 1981-ci ildə Mş Əzizbəyov adına Azərbaycan Neft və Kimya
institutunun muhəndis-mexanika fakultəsini bitirmişdir. O, Sumqayıt Sintetik
kauçuk zavodunda mexanik və sonralar istehsalatın baş mexaniki vəzifələrində
işləmiş, 1988-ci ildən həmin zavodun layihə konstruktor şöbəsində aparıcı
mühəndis-konstruktor vəzifəsində işləmişdir. 2010-cu ildən
“Neftqazelmitədqiqatlayihə” institutunun muhəndis-komunikisiyaları şöbəsinə 14cu
dərəcə ilə mühəndis –mexanik vəzifəsinə işə götürülmüşdür. 2011-ci ildən 15-ci
dərəcə ilə şöbədə LBM vəzifəsində çalışıb. 2013-cu ildə muhəndiskomunikisiyaları
şöbəsinə rəis vəzifəsinə secılmiş hal-hazırda bu vəzifədə çalışır.
O, işlədiyi muddətdə özünü nümunəvı isçi kimi aparmış, verilən tapşırıqları
vaxtında və keyfiyyətlə yerinə yetirmişdir.
H.Quliyev aşağıda göstərilən layihələrin yerinə yetirilməsində yaxından
iştirak etmişdir:
Qaradağ və Qalmaz yeraltı qaz anbarları sahəsində V=100m3 separatorun
mexaniki hesabatl və layihəsi; (muq. № 10663)
Dubəndi neft terminalı ərazisində mexaniki təmir sexində dəmirci sobasının
hesabatı və layihəsi; (muq. № 10643)
Azneft İB-nin neft çıxarma idarələrində demulsasiya sobalarında aparılan
tədqiqarlarında mexanik kimi iştirakı;
H. Əliyev adına Bakı NEZ-nun 55 –li katalitik krekinq qurğusunda aşağı və
yüksək təzyiqli məşəl sisteminin layihəsı. (muq. № 10837)

Kursun keçirilmə yeri:

“Neftqazelmitədqiqatlayihə” İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər.
Həmçinin institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
AZ 1012, Bakı şəhəri, H. Zərdabi pr.88a



İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön