istehsalatda quraşdırma layihələndirilməsinin əsasları - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: İstehsalatda quraşdırma layihələndirilməsinin əsasları
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: MQ şöbəsinin rəisi Afaq İsmayılova

Bu intensiv 5 günlük baza kursları İstehsalatda quraşdırma
layihələndirilməsinin əsaslarını özündə cəmləyir.
Tədris edilən mövzular neft emalı sənayesində texnoloji prosesdə istifadə olunan
boru kəmərləri, boru armaturu və müxtəlif avadanlıqların borulanması haqqında kursu
əhatə edir.
Kursun iştirakçıları texnoloji boru kəmərləri, boru armaturu və müxtəlif avadanlıqların
borulanması barədə zəruri bilikləri və ümumi əsasları öyrənib əldə edəcəklər.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndis və texniklər üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Boru kəmərlərinin təyinatı və qoyulma üsulları;
• Boru kəmərlərinin şərti diametri, şərti və sınaq təzyiqi, mühitin işçi parametrləri;
• Boru kəmərlərinin təsnifatı;
• Boru kəmərləri armaturunun tipləri;
• Boru kəmərləri armaturunun növləri;
• Bağlayıcı armatur;
• Avadanlığın borulanması;
• Tutum avadanlığı, istidəyişdirici aparatlar, distillə kolonları, nasoslar;
• Boru kəmərləri armaturunun borulanması.

Kursun tərkibi:

• Boru kəmərlərinin seçilməsinə qoyulan tələblər;
• Boru kəmərləri armaturunun növləri haqqında məlumat;
• Müxtəlif tipli avadanlığın borulanma üsulları;
• Boru kəmərləri armaturunun borulanma üsulları.

Tədrisi aparan təlimatçı haqqında:

Afaq Mustafa qızı İsmayılova Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 40
ildən artıq neft emalı sənayesində istehsalatların mexaniki-quraşdırma
layihələndirilməsində təcrübəyə malikdir.
Əmək fəaliyyəti: 1974-cü ildən 2014-cü ilə qədər mexaniki-quraşdırma
şöbəsində cizgiçi, mühəndis, qrup rəisi, layihənin baş mühəndisi vəzifələrində çalışıb.
Hazırda mexaniki-quraşdırma şöbəsinin rəisidir.
İşlədiyi illər ərzində Azərbaycan, Rusiya və Orta Asiya respublikalarının
ərazisində yerləşən neft emalı müəssisələrinin bir çox obyektlərinin
layihələndirilməsində fəal iştirak edib. Son illər “Azərneftyağ” NEZ, Qaradağ qaz emalı
zavodu, Kulevi “Qara dəniz terminalı”, Heydər Əliyev adına NEZ və digər obyektlərin
layihələndirilməsində iştirak edir.

Kursun keçirilmə yeri:

“Neftqazelmitədqiqatlayihə” İnstitutu
Bütün kurslar inn daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin
institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (99412) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
AZ 1012, Bakı şəhəri, H. Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön