Not seeing a Scroll to Top Button? Go to our FAQ page for more info.

neft emulsiyalarının susuzlaşdırılması və duzsuzlaşdırılması - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Neft emulsiyalarının susuzlaşdırılması və duzsuzlaşdırılması
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: k.e.n., dosent Kazım Mətiyev

Bu intensiv beş günlük baza kursları neft emulsiyalarının susuzlaşdırılması və
duzsuzlaşdırılması prosesinin əsaslarını özündə cəmləyir.
Kursun iştirakçıları neft emulsiyalarının susuzlaşdırılması və duzsuzlaşdırılması
üçün tətbiq edilən deemulqatorlar haqqında zəruri bilikləri öyrənəcək, sonda isə elmitədqiqat
laboratoriyasında aparılan təcrübələrlə əyani tanış olacaqlar.

Nəzərdə tutulur :

Bu sahədə çalışan mühəndislər, operatorlar, texnik və laborantlar üçün nəzərdə
tutulur.

Öyrəniləcək material:

• Su-neft emulsiyalarının dağıdılmasının zəruriliyi. Deemulqatorlar haqqında
məlumat.
• Deemulqatorların aktivliyinə müxtəlif həlledicilərin təsirinin laboratoriya
şəraitində tədqiqi;
• Səthi-fəal maddələr və həlledicilər əsasında effektiv deemulqatorların işlənib
hazırlanması;
• Effektiv deemulqatorların bəzi fiziki-kimyəvi xassələrinin təyin edilməsi və
deemulsasiyaetmə qabiliyyətinin tədqiqi;
• Hazırlanmış deemulqatorların deemulsasiyaetmə aktivliklərinin məlum
deemulqatorların müvafiq nəticələri ilə müqayisəli təhlili.

Kursun tərkibi:

• Deemulqatorların hazırlanması;
• Hazırlanmış neftin keyfiyyətinə qoyulan əsas tələblər;
• Su-neft emulsiyaları barədə məlumat;
• Səthi-fəal maddələr haqqında məlumat;
• Deemulsasiya prosesinə müxtəlif amillərin – zaman, temperatur,
deemulqatorların miqdarının təsiri;
• Elmi-tədqiqat laboratoriyası ilə əyani tanışlıq.

Tədrisi aparan təlimatçı haqqında:

Kazım İslam oğlu Mətiyev Azərbaycan (hazırda Bakı) Dövlət Universitetinin
Kimya fakültəsini bitirmişdir. 30 ildən çoxdur ki, kimya sahəsində elmi-tədqiqat
institutunda işləyir. Ölkə daxili və xaricdə nəşr olunan 54 elmi əsərin, o cümlədən 7
patentin müəllifidir. Kimya elmləri namizədi (1998), dosentdir (2013).
Əmək fəaliyyəti: 27 il Azərbaycan Milli Elmlər Akademiyasının Kimya
Problemləri İnstitutunda aspirant, mühəndis, elmi işçi, 2013-cü ildən bu günə qədər
“Neftqazelmitədqiqatlayihə” institutunda böyük elmi işçi, hazırda isə “Parafin və duz
çöküntüləri ilə mübarizə” laboratoriyasının müdiri vəzifəsində çalışır.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Əmək fəaliyyəti ilə əlaqədar əməkdaşlıq etdiyi müştərək müəssisə və əməliyyat
şirkətləri: Binəqədi OYL, “Bahar enerji” əməliyyat şirkəti, “Azneft” İB.

Kursun keçirilmə yeri:

“Neftqazelmitədqiqatlayihə” institutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər.
Həmçinin institut daxilində daha dərin kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (994 12) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
“Neftqazelmitədqiqatlayihə” institutu
AZ 1012, Bakı şəhəri, H.Zərdabi pr.88a


Neft emulsiyalarının susuzlaşdırılması və duzsuzlaşdırılması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön