neft mədənlərində parafin və duzçökməyə qarşı mübarizə üsulları - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Neft mədənlərində parafin və duzçökməyə qarşı mübarizə üsulları
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: t.e.d., a.e.i. Ataməli Səmədov

Bu intensiv beş günlük baza kursları neft mədənlərində parafin və duzçökmə
prosesləri və ona qarşı mübarizə üsullarının əsaslarını özündə cəmləyir.
Tədris edilən mövzularda yataqlarda baş verən parafin və duzçökmə prosesləri,
onların əmələgəlmə səbəbləri, parafin və duzçökmə proseslərinə qarşı mövcud
mübarizə üsullarının aprılması sahələrində görüləcək işlər kursu əhatə edir. Kursun
iştirakçıları zəruri bilikləri və ümumi əsasları öyrənəcək, sonda isə elmi-tədqiqat
laboratoriyasında aparılan təcrübələrlə əyani tanış olacaqlar.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndislər, operatorlar və laborantlar üçün nəzərdə tutulur.
Öyrəniləcək material:
• Neftçıxarmada baş verən parafin və duzçökmələri:
• Quyudibi zonada;
• Istismar kolonunda;
• Elektrik mərkəzdənqaçma nasoslarının çarxlarındakı səthlərdə nasos
compressor borularında və yerüstü kommunikasiyalarında.

Parafin və duzçökmələrə qarşı tətbiq olunan üsullar:

• Inhibitorlaşdırma metodları
• Inhibitorların fasiləsiz olaraq dozalaşdırıcı qurğularda vurulması;
• Fasiləli dozalama üsulu ilə;
• Inhibitorun laya ötürülməsi ilə vurulması;
• Inhibitorun ağırlaşdırıcı məhlula əlavə edilərək vurulması üsulu;
• Inhibitorun ayrıldıqda vurucu quyulara dozalanması üsulu;
• Inhibitor kompressor-nasos stansiyası ilə qrup halında vurucu quyulara
dozalama üsulu ilə vurulması.
Parafin və duz çöküntülərinin (əmələ gələn) aradan qaldırılması üsulları:
• Nasos avadanlıqlarından parafin və duz çöküntülərinin təmizlənməsi
• Quyu kəmərindən parafin və duz çöküntülərinin təmizlənməsi
• Xüsusiləşdirilmiş dərin elektrik mərkəzdən qaçma nas

Kursun tərkibi:

• Neftçıxarmada baş verən parafin və duzçökmə prosesləri
• Neftin nəqlində və ilkin mədən hazırlığında yaranan parafin və duzçökmə
prosesləri
• Parafin və duzçökmələrə qarşı tətbiq olunan inhibitorlar və həlledicilərin
təsnifatı
• Yeni nəsil parafin və duzçökmə inhibitorlarının işlənib hazırlanması
• Parafin və duzçökmə inhibitorların laboratoriya şəraitində hazırlanması üçün
müasir test üsulları

Tədrisi aparan təlimatçı haqqında:

Ataməli Məcid oğlu Səmədov 1984-cü ildə Moskva Kimya Texnologiya
institutunu bitirmişdir.
1984-1990-cı illərdə “Dənizneftqaz” ETLİ-da “Korroziyadan mühafizə”
şöbəsində mühəndis, böyük mühəndis və elmi işçi vəzifələrində işləmişdir.
1991-2009-cu illərdə Y.Məmmədəliyev adına Neft-Kimya institutda “Korroziya
inhibitorları” laboratoriyasında böyük elmi işçi; qrup rəhbəri, vəzifələrində
işləmişdir.
1992-ci ildə namizədlik dissertasiyasını, 2006-cı ildə doktorluq dissertasiyasını
müdafiə etmişdir. Texnika elmləri doktorudur.
Səmədov A.M. 80-a yaxın elmi əsərin, 30-a yaxın patentin həmmüəllifidir. Əsas
elmi fəaliyyəti neftmədən kimyası sahəsində tətbiq olunan inhibitorların,
parafinçökmə və duzçökmələrə qarşı reagentlərin işlənib hazırlanmasına və
mədənlərdə tətbiqinə həsr edilmişdir. Hal-hazırda “Parafin və duz çöküntülərinə qarşı
mübarizə” laboratoriyasında aparıcı elmi işçi vəsifəsində çalışır.

Kursun keçirilmə yeri:

“Neftqazelmitədqiqatlayihə” institutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər.
Həmçinin institut daxilində daha dərin kurslar təşkil oluna bilər
Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 521-19-57;
Faks (994 12) 521-15-15;
e-mail: office.ogpi@socar.az.

Ünvan:
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
AZ 1012, Bakı şəhəri, H.Zərdabi pr.88a

İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön