hidravlika - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Hidravlika
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: f.-r.e.n.,dos. Nurlana Ağayeva

Bu intensiv beş günlük baza kurslarında ideal və real mayelərin müvazinəti və hərəkət tənlikləri, onlarin praktik tətbiqi, yəni mühəndis məsələlərinin həllində necə istifadə olunması öyrənilir. Kurs daxilində həm “Yeraltı hidravlika”-nın həm də “Maye mexanikası”nın ümumi anlayışları öyrənilir.
Tədris edilən mövzularda, mayelərin qərarlaşmış, qərarlaşmamış, laminar və turbulent hərəkətlərinin mahiyyəti, süzülmə nəzəriyyəsinin əsas anlayışları və tətbiq mexanikası kursu əhatə edilir.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndislər, operatorlar, texnik və laborantlar üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Mayelərin müvazinət və hərəkət qanunları;
• Borularda mayenin axın məsələsi;
• Mayenin dəlik və lülədən axması ;
• Süzülmə nəzəriyyəsinin əsas anlayışları;
• Darsi qanunu və onun bəzi tətbiqləri.

Tədrisi aparan təlimatçı haqqında:

Nurlana Ağakərim qızı Ağayeva 1997-ci ildə Bakı Dövlət Universitetininin Mexanika–Riyaziyyat fakültəsininin Mexanika ixtisasınını bitirmişdir. Fizika- riyaziyyat elmləri namizədi (2005), dosent (2008). Ölkə daxili və xaricdə nəşr olunan 28 elmi işin müəllifidir.
Əmək fəaliyyəti: 12 il BDU-nin “Nəzəri mexanika və bütöv mühitin mexanikası kafedrasinda” dərs tədris etmişdir. 2010-cü ildən bu günə qədər “Neftqazelmitədqiqatlayihə” İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçı vəzifələrində çalışır. Hazırda “Laya və quyudibi zonaya təsirin layihələndirilməsi” şöbəsinın aparıcı elmi işçisidir.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: kom. (99412) 521-00-00, 28-092 ; (99455) 702 82 85.
e-mail: nurlana_az@rambler.ru

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön