neftçıxarmada su ilə mübarizə - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git
________________________________________________________________________________________________________________

Fənn: Neftçıxarmada su ilə mübarizə
Səviyyə: Baza, ümumi əsaslar
Müddət: 5 gün
Təlimatçı: t.e.n., Fariz Əhməd

Bu intensiv beş günlük baza kursları neftçıxarmada su təzahürü ilə mübarizənin əsaslarını özündə cəmləyir.
Tədris edilən mövzular, laylardan və müxtəlif deffektlərdən (kəmərdə olan çatlardan və sınıqlardan) quyuya hasil edilən qumun məhdudlaşdırılmasının mahiyyəti, zərurəti və suyun effektiv qarşısının alınmasına qoyulan əsas tələblər haqqında kursu əhatə edir.
Kursun iştirakçıları su təzahürünə qarşı aparılan tədbirlər barədə zəruri bilikləri və ümumi əsasları öyrənib əldə edəcək, sonda isə elmi-tədqiqat laboratoriyasında aparılan təcrübələrlə əyani tanış olacaqlar.

Nəzərdə tutulur:

Bu sahədə çalışan mühəndislər, operatorlar, texnik və laborantlar üçün nəzərdə tutulur.

Öyrəniləcək material:

• Su ilə mübarizənin səbəbləri və quyuya gələn suyun mənbəsinin təyin edilməsi;
• Layların kollektor xassələri və süxurlarının yuyulması;
• Təmir-təcrid işlərinin seçilməsi və aparılması texnologiyası;
• Su təzahürlü quyularda müxtəılif tamponaj və bərkidici məhlullarla suyun təcrid edilməsi;
• Su təzahürü ilə mübarizənin qeyri mübarizə üsulları;

Kursun tərkibi:

• Su təzahürlü quyularda təcrid işləri aparmaq üçün yüksək molekulyar birləşmələrdən, sintetik qətranlardan və müxtəlif qarışıqlı semen məhlullarından istifadə edilməsi
• Layların kollektor xassələri və süxurlarının yuyulması;
• Su təzahürü ilə mübarizəyə qoyulan tələblər;
• Su təzahürləri ilə mübarizə üsulları ;
• Laydan daxil olan suyun təcridi;
• Elmi-tədqiqat laboratoriyası ilə əyani tanışlıq;

Tədrisi aparan təlimatçı haqqında:

Fariz Fikrət oğlu Əhməd 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 20 ildən artıq neft-qaz sənayesində elmi-tədqiqat, qumla təzahürü ilə
mübarizədə təcrübəyə malikdir. Ölkə daxili və xaricdə nəşr olunan 36 elmi işin, o cümlədən 2 patentin və 36 məqalənin müəllifidir. Texniki elmər namizədi (2008).
Əmək fəaliyyəti: 5 il Azərbaycan Net akademiyasının “ Neft və qaz yataqlarının işlənməsi və istismarı” laboratoriyasında mühəndis, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1993-cü ildən bu günə qədər “Neftqazelmitədqiqatlayihə” İnstitutunda böyük elmi işçi vəzifələrində çalışır. Hazırda “Qum və su təzahürü ilə mübarizə” şöbəsində böyük elmi işçisidir.
Azərbaycan, rus və ingilis dillərini bilir. Əmək fəaliyyəti ilə əlaqədar əməkdaşlıq etdiyi neftqazçıxarma idarələri və əməliyyat şirkətləri: Abşeronneft NQÇİ, H.Z.Tağıyev ad.NQŞİ, Balaxanıneft NQÇİ; Ə.C.Əmirov ad. NQÇİ, “Neft Daşları” NQÇİ, 28 May NQÇİ, Bibi-Heybət NQÇİ, Suraxanı OYL, Sirvan OYL, Binəqədi OYL, “Qarasu” ƏŞ və s.

Kursun keçirilmə yeri:

«Neftqazelmitədqiqatlayihə» İnstitutu
Bütün kurslar institutun daxilində prezentasiya formasında keçirilə bilər. Həmçinin institut daxilində daha da dərindən kurslar təşkil oluna bilər.

Daha ətraflı məlumat almaq üçün kursun koordinatoru ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə nömrələri: (99412) 566-28-11; kom. (99412) 521-00-00, 28-270 ; (99455) 299 03 14.
e-mail: farizahmed@mail.ru

Ünvan:
«Neftqazelmitədqiqatlayihə» İnstitutu
AZ 1012, Bakı şəhəri , H.Zərdabi pr.88a


İşlənmənin əsas texnoloji göstəriciləri proqnozlaşdılırması

İşdirak etmək üçün  "Təlimdə iştirak" "Təlimdə iştirak"   düyməsinə basın və növbəti mərhələni doldurun

Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön