Neftqazmədən geofizikası
_______________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri
Quyuların geofiziki tədqiqatları (QGT) məlumatlarının kompleks interpretasiyası:
- quyu kəsilişlərinin litoloji cəhətdən ayrılması;
- kollektor layların ayrılması və onların doyumluluq xarakterini təyin edilməsi;
- QGT məlumatlarına əsasən kollektorların həcmi-süzülmə xüsusiyyətlərinin qiymətləndirilməsi:
- məsaməlik əmsalının, gililiyin, keçiriciliyin, effektiv neftqazdoyumlu qalınlıqların təyini və neftqazdoyumluluq əmsalının qiymətləndirilməsi.
QGT məlumatlarının istifadəsilə neft və qaz yataqlarının işlənməyə nəzarəti:
- su-neft, qaz-neft və qaz-su kontaktının dəyişməsinə nəzarət;
- sulaşmış intervalların aşkar edilməsi;
- quyuların texniki vəziyyətinin yoxlanılması.
Geographics (Prizm, Geoathlas), Wellman, PetroWorks karotaj məlumatlarının kompüter interpretasiyası:
- geoloji, mədən-geofiziki məlumatlarının məlumatlar bazasına yüklənməsi;
- karotaj diaqramlarının rəqəmləşdirilməsi;
- effektiv neftqazdoyumlu qalınlıqlar, QGT-ə əsasən təyin edilmiş kollektor xüsusiyyətləri parametrlərinin xəritələrinin qurulması;
- interpretasiya nəticələri qrafiki və rəqəm şəkildə göstərilir.