qum təzahürü - niping.az

Mükəmməl mühəndis həlli
www.niping.az
İçeriğe git

Qum təzahürü ilə mübarizə

_______________________________________________________________________________________________

Fəaliyyət  istiqamətləri

Neft quyularında qum və su təzahürlərinin geoloji, texniki və istismar şəraitini nəzəri və praktiki cəhətdən təhlili, onların aradan qaldırılması üçün kompleks texniki avadanlıqların, texnoloji proseslərin işlənilməsi;
Quyuların məhsulunun sulaşmasının və qum təzahürünün qarşısını almaq istiqamətində daha mütərəqqi texniki avadanlıq və kimyəvi reagentlərdən istifadə etməklə etibarlı texnoloji proseslərin işlənilməsi;
Qumun quyuya gəlməsinin qarşısını almaq;
Quyuya gətirilən qumun yer səthinə tam qaldırılmasını təmin etmək.  

Görülən  işlər

Quyularda qum və su təzahürlərinin laydan süzülən mayenin sürətindən və dağ süxurlarının təzyiqi nəticəsində yaranan gərginlik qüvvələrinin birgə təsiri nəticəsində baş verməsi nəzəri olaraq əsaslandırılmışdır;
Birinci olaraq Azərbaycanın neft yataqlarında quyuların məhsuldarlığını artırmaq və qum təzahürünün qarşısını almaq məqsədilə layların hidravlik yarılması texnologiyası tətbiq edilmiş və yüzlərlə quyuda aparılmışdır;
Respublikada Mezozoy çöküntülərinə qazılmış quyuların mənimsənilməsinin yeni texnologiyası təklif olunmuşdur;
Qazımadan alınan quyuların xüsusi süzgəclə təchiz olunması və perforasiyasız açılması üsulu işlənilmiş və tətbiq olunmuşdur;
Birinci olaraq layların quyudibi ətrafının mikroorqanizmlərin fəaliyyəti təsirindən dağıdılması ideyası irəli süzülmüş və mübarizə məqsədilə yuyucu maye işlənilmişdir;
Neft sənayesində quyularda  istismar obyektlərinin maye-qum şırnağı ilə açılmasının texnologiyası işlənmişdir;
Quyularda qum  təzahürünə qarşı yüksək temperaturaya, karroziyaya davamlı müxtəlif konstruksiyalı yarıqlı süzgəclər işlənmişdir;
Quyularda qum və su təzahürünün qarşısını almaq və ya məhtudlaşdırmaq üçün sinerqetik effektə malik tamponaj məhlulu və tətbiqi texnologiyası işlənilmişdir;
Quyudibi ətrafında lay strukturunun yüksək tezlikli kiçik amplitudalı dalğaların təsirindən dağılmasının qarşısını alan, elastik xassəyə malik bərkidici tərkib və tətbiqi texnoloqiyası işlənilmişdir;
Quyu məhsulunun sulaşmasının qarşısını alan və ya yüksək dərəcədə məhdudlaşdıran, selektiv xassəyə malik, təcrid edici tərkib və onun tədbiqi texnologiyası işlənilmişdir;
Kəmər arxasından quyuya gələn kənar suların, lay suyunun və eyni zamanda qumun gəlməsinin qarşısını alan, həcimcə genişlənən, qazlaşmış tamponaj məhlulu və tətbiqi texnologiyası işlənilmişdir;
Lay təzyiqi hidrostatik təzyiqin 50 %-dən az olan quyularda qum tıxacının yuyulması zamanı yuyucu mayenin laya udulmasının qarşısını alan qurğu işlənilmiş və tətbiq edilmişdir;
Quyuda qum tıxacının yaranmasının qarşısını alan quyudaxili qurğu işlənilmişdir.


Müəllif hüquqları © 2015 - 2024 NİPİ "Neftegas" MMC, SOCAR
Əlaqə
___
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

Ünvan
___
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

NİPİ "Neftegas"
___
Haqqımızda
Proqram təminatı
Sertifikatlar
Lisenziyalar
Təqdimatlar







Skanet

Xidmətlər
___
Mühəndis layihələndirmə      
Layihələrin idarəedilməsi      
Yataqların modelləşdirilməsi
İqtisadi qiymətləndirilmə       
Korroziyadan mühafizə
İnformasiya texnologiyaları
Yataqların abadlaşdırılması







Elmi Tətqiqatlar
___
Qazın sertifikatlaşdırılması
Smeta və enerji resursları
İnformasiya və patent
Qazın saxlanması  









__________________________________________________________________________________________________________________________________________________________________________
İçeriğe dön