Quyuların istismarı
_______________________________________________________________________________________________
Fəaliyyət  istiqamətləri
Qaz-maye qarışığının hərəkət strukturunun tədqiqi.
Fontan-qazlift quyularının səmərəli işləməsi və hasilat imkanlarından istifadə etmək məqsədilə yeni elmi-texniki təkliflərin işlənməsi və tətbiqi;
Fontan-qazlift quyularının optimal iş rejimlərində işləməsi üçün liftin konstruksiyasının və digər göstəricilərinin ardıcıl olaraq yoxlanılması və dəyişdirilməsi;
Fontan-qazlift quyularının istismar prosesində qaz sərfinin və qaz itkilərinin azaldılması sahəsində yeni elmi-texniki tədbirlərin işlənməsi, əsaslandırılması və tətbiqi.
Sulaşmış qazlift quyularında hasilatın artırılması və sabit saxlanılması üçün elmi-texniki təkliflərin hazırlanması və quyularda tətbiqi;
Yüksək qaz amilli və döyüntülərlə işləyən qazlift quyularının səmərəli  işləməsi üçün yeni elmi-texniki təkliflərin işlənməsi;
Qazlift quyularının vaxtaşırı istismara keçirilməsi imkanlarının araşdırılması.
Quyuların nasos üsulu ilə istismarının elmi–nəzəri əsaslarının inkişaf etdirilməsi, texnika və texnologiyasının təkmilləşdirilməsi;
Mürəkkəbləşmiş geoloji, texniki və istismar şəraitində quyuların nasos üsulu ilə istismarı zamanı zərərli təsirlərlə mübarizənin təkmilləşdirilməsi və yeni qoruyucu texniki vasitələrin yaradılması;
Daha dərində yatan laylardan neftin dərinlik nasosları ilə çıxarılmasının texniki və metodik vasitələrinin işlənməsi.
 
 
 
 
 
