Qazma proqramları
- Well Design (Quyunun layihələndirilməsi) - Quyunun trayektoriyasını hesablamaq üçün alət.
Quyunun hesabatı - bu quyunun optimal trayektoriyasını və ehtiyat yollarını planlaşdırmaq üçün konstruktor şöbəsində tətbiq olunan üsuldur.
- Survey Editor (Tədqiqat redaktoru) - İstiqamətləndirilmiş tədqiqata nəzarət.
Survey Editor - tədqiqat məlumatlarını gözdən keçirmək və bu məlumatların quyunun planlaşdırma məlumatları ilə müqayisə etmək üçün konstruktor şöbəsində istifadə olunan üsuldur.
- BHA Editor (BHA redaktoru) - Quyudibi qurğular üçün qrafiki cizgi aləti.
BHA redaktoru konstruktor bürosunda quyudibi qurğuların cizgilərini yaratmağa və Hydraulics və Drill SAFE (fırlanma momenti) modulları üçün quyunun həndəsi parametrlərini təyin etməyə kömək edir. Komponentlər və alətlər elə modifikasiya oluna bilər ki, onlar qurğunun cari vəziyyəti və yaxud material-istehsalat ehtiyatı qorunub-saxlanılsın.
- Hydraulics (Hidravlika) - Quyunun hidravlikasının hesablanması və analizi üçün alət.
Hydraulics konstruktor bürosunda təzyiq dövranı sistemində təzyiq itkisini proqnozlaşdırılması üçün istifadə olunur. Hydraulics həmçinin swab/surge hesablamalarını aparmaq və kəsici alətin işinin optimalaşdırması üçün istifadə olunur.
- Close Approach (yanaşma) - Quyunun antikollizion istiqamətdə planlaşdırılması.
Close Approach konstruktor bürosunda planlaşdırılan quyuların trayektoriyalarının mövcud quyular üçün təhlükə yaratması (toqquşma) riskini aradan qaldırmaq məqsədilə antikollizion analiz aparmaq üçün tətbiq olunur.
- Drill Viz - Layihələndirmə üçün 3 ölçülü vizual baxış aləti.
Drill Viz – qazma layihələrinin planlaşdırılması və simulyasiyasına kömək məqsədilə tətbiq edilən metoddur. Dril Viz səthləri, həcmləri, quyu trayektoriyalarını, qazıma məqsədlərini, qeyri müəyyənlik ellipslərilə yanaşı 3 ölçülü (3d) quyunu, karataj əyrilərini və quyunun trayektoriysı boyu verilənlərin 3 ölçülü təsvirini göstərə bilər.
- Cem Cade - Sementləmənin hesablaması və simulyasiyası aləti.
Vaxta və sərf olunan pula qənaət etməklə tamamlanmış izalyasiya zonasında müvəffəqiyyətli sementləmənin aparılmasına nail olmaq üçün quyunun təhlükəsizliyi, qoruyucu kəmərin mərkəzləşdirilməsi, palçıqdan təmizləmə və qazın miqrasiyası kimi müxtəlif faktorlar hesablamada nəzərə alınmalıdırlar. Sementləmənin gözləmə vaxtını qısaltmaq və lazımı mayenin hesablanması üçün temperatur dəqiq proqnozlaşdırılmalıdır.
Əlavə olaraq, görülən işlərin analizi, zona izolyasiyasından əmin olmaq və lazımsız təmir işlərinin istisna edilməsi üçün lazımdır. Cem Cade Shlumberger sementləmə layihəsi və proqram təminatının qiymətləndirilməsi istifadəçiyə müxtəlif sementləmə işlərinin layihələndirilməsində və optimallaşdırılmasında kömək etmək üçün inteqrasiya olunmuşdur.
- TDAS - Qoruyucu kəmərin və borular sisteminin layihələndirilməsi.
Layihələndirmə sistemində TDAS qoruyucu kəmərin analizi və layihələndirmə sistemi aparıcı texnologiyadır. TDAS sisteminin tətbiqi seçilən qoruyucu kəmər borularının tez və dəqiq qiymətləndirilməsinə və istismar keyfiyyətlərinin təyin edilməsinə imkan verir.
- Drill SAFE - Fırlanma momentinin və sürtünmənin analizi.
Drill SAFE quyudibinin, qoruyucu və boru kəmərlərinin quraşdırmasının layihələndirilməsi üçün istifadə olunur. Drill SAFE həm də quyudibinin quraşdırılması zamanı fırlanma və sürüşmə rejimini proqnozlaşdırmağa kömək edir.